Azərbaycanda 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin ali məktəblərdə qeydiyyatı başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən xəbərə görə, görə bu proses saat 17:00-də yekunlaşıb. Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin qeydiyyat müddəti də saat 17:00-da başa çatıb.
Xatırladaq ki, TQDK-nın yaydığı məlumatda bildirilirdi ki, qeyd olunan müddətə qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Azərbaycanda 2013/2014-cu tədris ili üçün ali məktəbin bakalavr pilləsinə qəbulla bağlı keçirilmiş müsabiqədən uğurla keçmiş şəxslər avqustun 20-dən 29-a qədər qəbul olunduqları ali məktəblərdə qeydiyyata düşməli və proses 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı avqustun 29-da başa çatmalı idi. Lakin TQDK 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin 3.4 faizinin təyin olunmuş vaxtadək qeydiyyatdan keçmədiyini nəzərə alaraq qeydiyyatın son müddətinin 4 sentyabr saat 17:00-dək uzadılması barədə qərar qəbul edib.