Ali təhsil müəssisələrində 'Səs Ver' təlimlərinə start verildi

GƏNCLİK
20:00 30.09.2013
1545

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə “İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçirilən “Səs Ver” kampaniyası çərçivəsində təlimlərə start verilib.“Səs Ver” kampaniyası çərçivəsində ilk təlim 30 sentyabr 2013-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında300gəncin iştirakı ilə baş tutub.

Təlim müddətində "Səs Ver" kampaniyasının təlimçiləri tərəfindəngənclərə seçki, seçki hüququ, seçki prosesi barədə ətraflı məlumat verilib, məlumatlandırıcı kitablar paylanılıb. Xüsusilə ilk dəfə səs verəcək gənclər səsvermə proseduru barədə ətraflı məlumatlandırılıblar.

Xatırladaq ki, bu il ümumilikdə 5 milyon nəfər seçici səsvermədə iştirak edəcək və onlardan 2 milyon nəfəri, yəni 40 faizi gənclərdir. Gənclər arasında təxminən 500 min nəfəri ilk dəfə Prezident seçkilərində səs verəcək ki, bu da ümumi seçicilərin 10 faizini təşkil edir.

Qeyd edək ki, “Səs Ver” kampaniyasının məqsədi qarşıdan gələn seçkilərdə gənclərin fəallığının artırılması, seçkilər zamanı səsvermə hüququndan ilk dəfə istifadə edəcək gənclərin maarifləndirilməsi, onların seçkilərdə fəal iştiraka həvəsləndirilməsi, gənclər arasında fəal vətəndaşlığın təbliği, bütün ölkə üzrə ilk dəfə səs verəcək gənclərin şəbəkəsinin yaradılmasını təmin etməkdir.

https://sesver.az/

https://www.facebook.com/sesver2013?fref=ts

OXŞAR XƏBƏRLƏR