Alimlər kişilərdə vaxtsız ölümün səbəbini araşdırıblar

SOSİAL
23:28 22.04.2019
15696
İsveç alimləri kişilərdə vaxtsız ölümün səbəbini araşdırıblar. AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, kişilərdə ürək döyüntüsünün normal vəziyyətdə dəqiqədə 75 zərbə vurmasının azaldığı təqdirdə ürək-damar sistemi xəstəliklərinin yaranması riskinin artması və vaxtından əvvəl ölüm hallarının baş verməsi mümkündür.

İsveç alimləri bu qənaətə 1943-cü ildə Höteborq şəhərində anadan olmuş 798 kişi arasında apardıqları tədqiqat nəticəsində gəliblər. Tədqiqat hələ 1973-cü ildə başlayıb, onun könüllü iştirakçıları isə özləri haqqında məlumatları, o cümlədən gündəlik stress səviyyəsi, həyat tərzi və irsi ürək-damar xəstəliklərini mütəmadi olaraq alimlərə çatdırıblar. Bundan sonra tədqiqatçılar könüllüləri dörd qrupa bölüblər. Birinci qrupda ürək döyüntülərinin 55 zərbə və daha az, ikincidə isə 55-65 zərbə olduğu kişilər olublar. Sonrakı qruplara ürək döyüntüsü zərbələrinin 65-75 və 75-dən çox olduğu könüllülər daxil edilib. Məlumatların təhlili göstərib ki, göstəriciləri 55 zərbədən çox olanlar siqaret çəkənlər, stressə məruz qalanlar və az hərəkət edənlərdir. Lakin buna baxmayaraq, ürək döyüntüsü zərbələri 75-dən çox olanlar arasında vaxtsız ölüm halları iki dəfə çox olub.

Ekspertlər qeyd ediblər ki, risk qrupuna aid olan kişilər mütəmadi olaraq hərəkət etməli və düzgün qidalanmalıdırlar. Alimlərin sözlərinə görə, məhz bu amillər ürək döyüntüsü zərbələri ilə bağlı vəziyyəti normallaşdıra bilər. İndi isveçli alimlər ürək döyüntüsünün qadınların ömür həddinə təsirini araşdırırlar.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:30 28.10.2020

İlham Əliyev: “Ermənistan silahlı qüvvələrinin Qarabağdakı döyüşlərdə itkiləri təqribən 5 min nəfərdir"

18:07 28.10.2020

Türkiyə səfiri: "Hamımızın ürəyi Azərbaycanın ərazilərini azad etməsi üçün döyünür"

17:47 28.10.2020

Ukraynada fövqəladə vəziyyətin müddəti uzadıldı

17:31 28.10.2020

XİN-dən ermənilərin Bərdədə törətdiyi qətliamla bağlı BƏYANAT

17:27 28.10.2020

Ermənilər Tərtəri atəşə tutur, 30-a yaxın mərmi atılıb

17:21 28.10.2020

Türkiyə MN: “PKK ilə əlbirlik edəcək qədər aciz olan Ermənistan mülki əhalinin qətliamına davam edir”

17:12 28.10.2020

Giriş-çıxışın dayandırıldığı şəhər və rayonların sayı artırıldı - SİYAHI

17:03 28.10.2020

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

17:02 28.10.2020

Ermənilər Fransada yolu bağladılar, işə gedən türklərə hücum edib beş nəfəri yaraladılar

16:55 28.10.2020

İran səfirliyi ermənilərin Bərdəyə raket hücumunu pislədi

16:42 28.10.2020

Keçmiş erməni deputat koronavirusdan öldü

16:42 28.10.2020

Ötən gün Bərdənin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 5-ə çatıb

16:35 28.10.2020

Azərbaycan Ordusu bu əraziləri işğaldan azad etdi: Prezident açıqladı

16:22 28.10.2020

Prezidentdən yeni tvit: "Bərdə sakinlərinin qisası yerdə qalmayacaq"

16:19 28.10.2020

Azərbaycanda bu gün 988 nəfər koronavirusa yoluxdu

16:15 28.10.2020

Tərtər rayonunun ərazisi yenidən atəşə tutulub