Məhkəmədə Davit İşxanyanın Qarabağın işğalında iştirakını sübut edən kadrlar göstərildi

Məhkəmədə Davit İşxanyanın Qarabağın işğalında iştirakını sübut edən kadrlar göstərildi
HADİSƏ
20:29 19.05.2025
1385
Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Davit İşxanyanın Azərbaycanın vaxtilə işğalda olmuş ərazilərindəki fəaliyyətini, döyüş əməliyyatlarında iştirak etməsini sübut edən videomaterial nümayiş olunub.

AZXEBER.COM xəbər verir ki, videomaterialda D.İşxanyanın döyüş yoldaşları və onu tanıyanlar təqsirləndirilən şəxs barədə danışırlar.

Alik Sarqsyan onun əlinə ilk silah götürənlərdən biri olaraq, ilk könüllülər dəstəsinin təsisçilərindən, həmçinin ilk bölük və tabor komandirlərindən biri olduğunu vurğulayıb: "O, tarixi bir tapşırığı yerinə yetirib, bunu belə demək olar. Əlinə silah götürməklə, xalqın içində özünümüdafiə ideologiyasını yaymaqla, hamı üçün şəxsən nümunə kimi görünməklə tarixi bir vəzifəni yerinə yetirib”.

Videoda Movses Akopyan isə əminliklə deyib: "Erməni ordusunun yaradılmasının əsasını və ya bünövrəsini qoyanlardan biri bizim döyüş yoldaşımızdır – Davitdir”.

Videomaterialda Araz Koçaryan bildirib: "Bir gün təsadüfən qarşılaşdıq və təəccübləndim, Davit İşxanyanın boynunda "sərkərdə Andranikin” medalyonu asılmışdı”.

Hmayak Haroyan onların "Aşan” bölüyü və Monte Melkonyan ilə birlikdə Gülablını mühasirəyə aldığını, nəticədə isə azərbaycanlıların mühasirəyə düşdüyünü vurğulayıb.

Abrik Hayrapetyan da deyib ki, "Avo” qoşunda, tabor komandiri kimi, Daviti yüksək səviyyədə dəyərləndirib.

Ermənilər tərəfindən çəkilən kadrlarda Davit İşxanyan "azadlıq uğrunda mübarizə aparan tələbə hərəkatı” qabaqcıllarından biri, "Aşan” kəndinin "özünümüdafiə dəstəsi”nin komandiri, "özünümüdafiə ordusu”nun 28-ci taborunun komandiri, müharibədən sonra isə ictimai və siyasi xadim kimi təqdim edilir.

Kadrlarda Davit İşxanyan bildirib: "Artıq çoxları tərəfindən hiss olunurdu və nəzərə çarpırdı ki, bu hərəkat öz məntiqi sonluğuna yalnız silahlı toqquşmalar və müharibə yolu ilə çatacaq. Çalışırdıq ki, azərbaycanlılar üçün o dəhşəti atmosferi yaradaq. Bizim əsas tapşırığımız müdafiə xəttini təmin etmək idi. Biz o əməliyyatda iştirak etməyi çox arzulayırdıq, lakin bizim tapşırığımız başqa idi. Monte Melkonyan tərəfindən Abdal Gülablı əməliyyatı təşkil olundu, lakin çox təəssüf ki, o gün biz 6 döyüş yoldaşımızı itirdik. Onların sırasında, həmçinin Armen Avakyan da var idi. Bundan sonra çox ağır bir dövr oldu. 1992-ci il sentyabrın 4-5-də o kəndi azad edə bildik. Qarşımıza qoyulan tapşırıq Xocavənd bölgəsində qüsursuz yerinə yetirildi və Ağdam bizim ümumi nəzarətimizə keçdi. Azadlıq uğrunda gedən döyüşlər bitdikdən sonra taborun uşaqları Ağdərə rayonunda gedən döyüşlərdə də iştirak etdilər və demək olar ki, 1994-cü ilin may ayında atəşkəs təsdiq olunana qədər davam edən döyüş əməliyyatlarında iştirak etdilər”.

Dövlət ittihamçısının suallarını cavablandıran D.İşxanyan Abdal Gülablı, Füzulinin Aşağı Veysəlli ilə Cardar arasındakı təpənin, Ağdərənin işğal olunması əməliyyatlarında iştirak etdiyini təsdiq edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 22-də davam etdiriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
13:13 11.10.2026
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
12:41 11.10.2026
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
12:25 11.10.2026
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
Azərbaycan millisi Avstriyaya qalib gəldi
12:23 11.10.2026
Azərbaycan millisi Avstriyaya qalib gəldi
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
12:20 11.10.2026
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
11:50 11.10.2026
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
11:27 11.10.2026
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
11:23 11.10.2026
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
11:15 11.10.2026
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
11:05 11.10.2026
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq