Kristina Orbakaytenin qızı doğuldu
Rusiyanın populyar müğənnisi, Alla Puqaçovanın qızı Kristina Orbakayte Mayamidə qız övladı dünyaya gətirib. Müğənni indi çoxuşaqlı ana oldu, bu artıq üçüncü uşaqdır. Müğənni sevincli hadisəni Twitter səhifəsində xəbər verib: "30 mart Mayami saatı ilə 19:58-də mən qızımı dünyaya gətirdim!!! Məni təbrik edin, ura!!" Kristina Orbakayte övladını Amerikanın prestijli klinikasında dünyaya gətirib. Amerika ərazisində doğulan körpəyə avtomatik olaraq Amerika vətəndaşlığı verilir. Xatırladaq ki, Kristinanın artıq iki oğlu var - Vladimir Presnyakovla nikahdan 20 yaşlı Nikita və biznesmen Ruslan Baysarovdan 13 yaşlı Deni. Kristina çoxdan qardaşlara bacı vermək arzusunda idi.