AZXEBER.COM-un məlumatına görə, bunu modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovadeyib.
O, ilahiyyatçı Elşad Mirinin “Allah.az” adlı sayt yaratmasına münasibət bildirərkən qeyd edib ki, müqəddəs bildiyimiz bir subtansiyasının adı ilə sayt açmaq doğru deyil. Onun fikrincə bununla əlaqədar başqa bir ad da tapmaq olardı.
“Bildiyim qədər Elşad Miri ilahiyyatçıdır, ilahiyyat üzrə kitabları var. Amma “Allah.az” ifadəsi çox böyük cəsarət tələb edən insanların gözləntisinə o qədər də cavab verməyən bir addır. Saytın mahiyyəti ilə hələlik tanış deyiləm. İnanıram ki, həmin saytda bizim ilahiyyatçılarımız da, elm adamlarımız da, tədqiqatçılar öz sözlərini deyəcək.
Bu şoudan, gərəksiz sensasiyalardan uzaq olan və hər bir kəsin daxil olarkən mənəvi rahatlıq tapacağı, İslam ibadətinin ən incə məqamlarından bəhrələndiyi bir sayt olacaq. Yenə də məsləhət bilərdim ki, saytın adında dəyişiklik edilsin”.
Rəbiyyət Aslanovanın sözlərinə əlavə edib ki, Azərbaycan demokratik dövlətdir və insanların öz dini etiqadlarını ifadə etmək imkanı var:
“Bu baxımdan hər hansı bir ilahiyyatçının, tutalım, Elşad Mirinin belə bir sayt açmasında təəccüblü heç nə yoxdur. Amma sayt açan hər bir insan böyük məsuliyyəti öz üzərinə götürdüyünü dərk etməlidir.
Onun ünvanladığı informasiyanın konkret kimə ünvanladığı, hansı məzmun, mahiyyət daşıdığı, milli maraq və mənafelərin nə qədər xidmət etdiyi, deyiləcək sözün cəmiyyətin informasiya təhlükəsizliyini təmin edəcəyi və bir sıra faktorlar var ki, həmin o sayt sahibi nəzərə almalıdır. Bu sözləri təkcə yeni yaranan sayta ünvanlamıram” – deyə, R.Aslanov qeyd edib.