Allahşükür Paşazadə bu gün Məkkə şəhərinə yola düşüb.
AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA-ya təsdiqləyib.
O bildirib ki, səfərin məqsədi Həcc ziyarətinin təşkilatçısı olan QMİ-nin rəhbərinin ziyarətin gedişi ilə yerində tanış olmasıdır.
A.Paşazadə eyni zamanda ziyarəti təşkil edən qurumun rəhbəri kimi prezident seçkiləri ilə bağlı Məkkədə azərbaycanlı zəvvarların səsverməsinin təşkilində şəxsən iştirak edəcək.
“QMİ sədri və onu müşayiət edən şəxslər seçki günü zəvvarlarla birgə Məkkə şəhərində səs verəcəklər. Şeyxin səfəri oktyabrın 11-də başa çatacaq” – deyə, R.Dadaşova vurğualyıb.
Qeyd edək ki, Azərbaycanın Səudiyyə Ərəbistanı ilə apardığı danışıqlar nəticəsində səsvermənin keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının səlahiyyətli nümayəndəsi Ramiq Nurəliyev də seçki prosesinə nəzarət etmək üçün artıq Məkkəyə ezam edilib.