Almaniya Azərbaycanla 'barışdı'

Almaniya Azərbaycanla
Bütün Xəbərlər
15:58 22.05.2012
1542
Azərbaycan ilə Almaniya arasında ənənəvi dost və yaxşı münasibətlər mövcuddur.AZXEBER.COM-un verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle bildirib.O, bəzi mətbu orqanlarında dərc olunmuş mənfi məqalələrin iki ölkə arasında mövcud dost münasibətlərə təsir göstərməyəcəyini bildirib. Səfir həmçinin, Azərbaycanda keçiriləcək “Avroviziya” müsabiqəsinə də toxunub. Diplomat tədbirin uğurla keçəcəyinə və müsabiqə zamanı Azərbaycanın özünü tolerant, demokratik və insan hüquqlarının qorunduğu bir dövlət kimi nümayiş etdirəcəyinə ümidvar olduğunu söyləyib.
OXŞAR XƏBƏRLƏR