Almaniya qoşunu Türkiyəyə gəlir

DÜNYA
10:06 07.01.2013
1860
Almaniya Patriot hava sipərinin quraşdırılması üçün Türkiyəyə 2 batareya yollanması üzrə hazırlıq işlərinə başlayıb. NATO Suriyadan gələn kimyəvi silah hücumu təhlükəsi fonunda, 2 ay əvvəl Türkiyədə Patriot zenit raket sisteminin qurulmasına qərar verib. Razılaşmaya əsasən, ABŞ, Almaniya və Hollandiya raket əleyhinə müdafiə sistemini müvafiq ehtiyat hissələri və şəxsi heyətlə təchiz etməyi öhdəsinə götürüb.ABŞ qoşunları artıq Türkiyə ərazisində Patriot sipərinin quraşdırılması işlərinə start verib. Zenit-raket sisteminin ABŞ-a məxsus batareyalarının cari ayın sonuna tam işlək vəziyyətə gətiriləcəyi gözlənilir. NATO-nun verdiyi açıqlamaya əsasən, Almaniyanın hərbi kontingenti Suriya sərhədindən 100 kilometr aralıda yerləşən Kahramanmaras əyalətində mərkəzləşəcək. Amerikalıların şimalda Qazientəpə, Hollandların isə Adanada qərarlaşacağı xəbər verilir.

OXŞAR XƏBƏRLƏR