Almaniyada 5 mindən çox insan bombaya görə təxliyə ediləcək

Almaniyada 5 mindən çox insan bombaya görə təxliyə ediləcək
DÜNYA
04:33 07.09.2026
87
Almaniyanın Kil şəhərində İkinci Dünya müharibəsindən qalma aviasiya bombası aşkarlanıb. Bombanın zərərsizləşdirilməsi üçün 5 mindən çox sakin ərazidən təxliyə ediləcək.

AZXEBER.COM xəbər verir ki, 250 kiloqram ağırlığında bomba şəhərin Ditrixsdorf rayonunda tapılıb.

Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində 5 235 nəfər evlərini tərk etməlidir. Təxliyə təxminən 2 580 təsərrüfatı əhatə edəcək.

Sakinlər yerli vaxtla saat 14:00-dək ərazidən çıxmalıdır. Yaxınlarının yanında qala bilməyən şəxslər üçün müvəqqəti yerləşdirmə mərkəzi yaradılıb.
OXŞAR XƏBƏRLƏR