Almaniyada “mühacir alveri”nin qurbanı olan azərbaycanlı ailə deportasiya ediləcək

Almaniyada “mühacir alveri”nin qurbanı olan azərbaycanlı ailə deportasiya ediləcək
DÜNYA
10:57 29.04.2020
1031
Almaniyada saxta sənədlə qaçqın statusu alan azərbaycanlı "mühacir alveri” qurbanlarının işinə yenidən baxılır.

Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsinin (BAMF) iddiası ilə ilk məhkəmə prosesi Bonn Şəhər İdarə Məhkəməsində keçirilib.

2015-ci ildə Almaniyaya gələrək, bu ölkədən sığınacaq istəyən beş nəfərdən ibarət azərbaycanlı ailəyə verilmiş qaçqın statusu ləğv edilib.

BAMF azərbaycanlı ailə ilə bağlı verdiyi qərarda göstərib ki, sığınacaq ərizəsində qeyd edilən sübutlar həqiqəti əks etdirmir. Məhkəmə araşdırması zamanı məlum olub ki, Almaniyaya gəlməmişdən qabaq onlar Azərbaycanda heç bir siyasi partiyanın üzvü olmayıb, təzyiq və təqibə məruz qalmayıblar.

Onlar Almaniyaya gələndən sonra guya təzyiq və təqib olunmaları ilə bağlı saxta sənədləri hazırda "mühacir alveri” işi ilə bağlı saxlanılan Azərbaycan vətəndaşından pul qarşılığında alıblar.

Federal məhkəmə təqdim olunan bütün sənədləri araşdırdıqdan sonra azərbaycanlı ailənin qaçqın statusunun ləğvi və ölkədən çıxarılması ilə bağlı qərar verib.

Almaniya koronavirus pandemiyası səbəbindən sığınacaq axtaranların deportasiyası ilə bağlı prosedurları həyata keçirə bilmədiyindən, azərbaycanlı ailənin ölkədən çıxarılması qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

Məlumat üçün bildirək ki, 2019-cu ilin noyabrında Almaniyanın altı əyalətində aralarında Azərbaycan vətəndaşlarının da olduğu "mühacir alveri” ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıb. Onlarla bağlı məhkəmə prosesi hələ də davam edir.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi