Almaniyadakı azərbaycanlı tələbələr bir araya gəldi

GƏNCLİK
15:05 17.12.2012
2993
Dekabr ayının 16-da qərargahı Berlin şəhərində olan Azərbaycan Tələbə Şəbəkəsi- Azerbaijan Student Network (ASN) payız tədbirləri konsepsiyasına daxil edilən tədbirlər çərçivəsində “Berlində ecazkar bir gün” adlı tədbir keçirib. Bu barədə ASN-in üzvü və layihənin təşkilatçısı Potsdam Universitetin maqistri Günel Qurban məlumat verib. Tədbirdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin birinci müşaviri Dr.Rizvan Nəbiyev “Azərbaycan Asiya və Avropa arasında körpü ” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycanın beynəlxalq arenadakı geostrateji mövqeyi, ölkəmizin öz dövlət müstəqilliyini əldə etməsindən sonra Avropa ilə iqtisadi münasibətlərinin formalaşması və bu dövlətlər arasındakı uğurlu iqtisadi və siyasi əməkdaşlıq mövzularına toxunulub.Daha sonra Azərbaycan Tələbə Şəbəkəsinin direktoru İbrahim Əhmədov ASN-nin yaranmasının birilliyi, fəaliyyət istiqamətləri və bu günə qədər keçirdiyi layihələr barədə çoxmillətli auditoriyanı məlumatlandırıb. Azərbaycan tarix boyu istər coğrafi baxımından, istərsə də Şərq və Qərb dəyərlər sisteminin Azərbaycanda qovuşması baxımından Asiya və Avropa arasında bir körpü rolunu oynadığından azərbaycanlı gənclərin bu körpünü simvolik olaraq Berlində yaratmaq istəyi tədbirin əsas istiqamətlərindən biri olub və tədbirin mədəni hissəsini- ikinci hissəsini təşkil edib.Şərqlə Qərbin vəhdəti gəmi vasitəsilə tarixi Berlinə Şpree çayında səyahətdə və daha sonra şərq restoranında kiçik bir ziyafətdə birləşib.Azərbaycan Tələbə Şəbəkəsinin, Almaniyada təhsil alan və layhənin koordinatorları sayılan Günel Qurbanın, Hüquq və İqtisadiyyat üzrə Berlin ali məktəbinin tələbəsi Rövşən Məmmədovun dünya xalqlarının nümayəndələrini bir araya gətirərək onlar arasında dostluq münasibətləri yaratmaq və bu münasibətləri dərinləşdirmək istəyi Azərbaycan xalqının Şərq və Qərb dəyərlərini özündə cəmləşdirən bir xalq olduğunu bir daha təsdiqləyib. Son olaraq tədbirə qatılanlar Azərbaycan barəsində bu qədər dolğun məlumatları əldə etdiklərinə görə tədbir təşkilatçılarına və Azərbaycan Tələbə Şəbəkəsinə (ASN) öz dərin təşəkkürlərini bildirmiş, bundan sonra böyük məmnuniyyətlə ASN ailəsi yanında olacaqlarını qeyd ediblər.

OXŞAR XƏBƏRLƏR