Altı vəkil kollegiyadan çıxarılıb, 27-si cərimələnib - Rəsmi

Altı vəkil kollegiyadan çıxarılıb, 27-si cərimələnib - Rəsmi
SOSİAL
21:11 18.11.2026
92
Altı vəkil Kollegiyadan çıxarılıb, 27-si cərimələnib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının məlumatında bildirilib.

Vəkillər Kollegiyasının məlumatında bildirilib ki, hər bir peşə sahəsində olduğu kimi, vəkillik fəaliyyətində də qanunvericiliyin və peşə etikası qaydalarının pozulması halları mümkündür. Qeyd olunub ki, vəkillər də cəmiyyətin digər üzvləri kimi qanun qarşısında məsuliyyət daşıyırlar. Bu cür hallara münasibətdə əsas prinsip hər bir məsələyə fərdi qaydada, obyektiv və qanunvericiliyin tələbləri çərçivəsində hüquqi qiymət verilməsidir.

Qeyd olunub ki, Vəkillər Kollegiyası müstəqil, özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən peşə qurumudur və vəkillərin peşə fəaliyyətinə, habelə etik davranış qaydalarına riayət etməsinə nəzarət sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirir. Bu çərçivədə Kollegiya daxil olan müraciətlərə və vəkillərin fəaliyyəti ilə bağlı iradlara həssaslıqla yanaşır, zəruri hallarda intizam icraatları başlanılır və müvafiq qərarlar qəbul edilir.

Bildirilib ki, 2026-cı ilin yanvar ayından indiyədək fiziki və hüquqi şəxslərdən, dövlət və qeyri-dövlət qurumlarından daxil olan müraciətlər əsasında 123 iş üzrə intizam icraatı başlanılıb. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam işləri üzrə ümumilikdə 102 qərar qəbul edilib. Qəbul edilən qərarlara əsasən 6 vəkil Kollegiyadan xaric olunub, 11 vəkilə xəbərdarlıq edilib, 9 vəkilə töhmət verilib, 27 vəkil barəsində cərimə tətbiq olunub, 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb. Bununla yanaşı, 14 vəkilin gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.

Vurğulanıb ki, bu göstəricilər Vəkillər Kollegiyasının peşə fəaliyyətində qanunçuluğun və etik prinsiplərin qorunmasına, daxil olan müraciətlərin araşdırılmasına və vəkillərin intizam məsuliyyəti məsələlərinə diqqətlə yanaşdığını nümayiş etdirir: "Həmçinin Kollegiyanın etik qaydaları və mövcud yanaşması nəzərə alınmaqla, barəsində intizam tədbiri görülmüş vəkillərin adları ictimaiyyətə açıqlanmır. Hesab edirik ki, bu məsələlərdə həm qanunvericiliyin tələblərinə, həm də şəxslərin hüquq və nüfuzunun qorunması prinsipinə riayət olunması vacibdir".

"Təəssüflər olsun ki, son günlər bəzi vəkillərin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ilə bağlı məlumatların müxtəlif media vasitələrində ictimaiyyətə təqdim edildiyini müşahidə edirik. Təbii ki, hər bir hüquqi proses cəmiyyət üçün maraq doğura bilər. Bununla belə, hesab edirik ki, belə hallarda məlumatların ictimaiyyətə çatdırılması zamanı hüquqi və etik prinsiplərə, xüsusilə də şəxsin təqsirsizlik prezumpsiyasına və onun Konstitusiya ilə təmin olunan hüquqlarına xüsusi həssaslıqla yanaşılması vacibdir.

Məhkəmənin qanuni qüvvəyə minmiş yekun hökmü olmadan şəxsin kriminal məzmunlu və onun hüquqi statusu və peşəkar nüfuzu baxımından müəyyən yanlış təsəvvürlərin yaranmasına səbəb ola bilən formada təqdim olunması ümumilikdə vəkilliyin nüfuzuna ciddi xələl gətirir. Vəkillik fəaliyyəti öz mahiyyətinə görə hüququn aliliyinin, ədalət mühakiməsinin və insan hüquqlarının müdafiəsinin təmin edilməsinə xidmət edən mühüm hüquqi institutdur. Bu baxımdan, vəkillərlə bağlı məlumatların yayılmasında da hüquqi dövlət prinsiplərinə və təqsirsizlik prezumpsiyasına riayət olunmasının əhəmiyyətli olduğunu düşünürük. Əlbəttə, hər bir şəxs barəsində aparılan araşdırma və digər prosessual məsələlər qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməli və yekun hüquqi qiymət yalnız səlahiyyətli məhkəmə tərəfindən verilməlidir.

Eyni zamanda qeyd etmək istərdik ki, ayrı-ayrı hallarla bağlı mediada yayılan məlumatlar bütövlükdə vəkillik institutunun nüfuzuna kölgə salmamalıdır. Vəkillik peşəsinin nüfuzu uzun illər ərzində formalaşmış hüquqi və ictimai dəyərlərə, peşəkarlığa, məsuliyyətə və insan hüquqlarının müdafiəsinə əsaslanır. Əminik ki, bu yüksək prinsiplər qorunmaqla, həm hüquqi prosedurların obyektivliyi, həm də cəmiyyətə təqdim edilən məlumatlar etik və hüquqi qaydalar çərçivəsində ictimaiyyətə təqdim olunacaq", - deyə məlumatda bildirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi
21:28 18.11.2026
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi
Trampın arxasındakı 35 yaşlı xanım: "Printer insan" ləqəbli Natali Harp gündəmə gəldi
21:20 18.11.2026
Trampın arxasındakı 35 yaşlı xanım: "Printer insan" ləqəbli Natali Harp gündəmə gəldi
Altı vəkil kollegiyadan çıxarılıb, 27-si cərimələnib - Rəsmi
21:11 18.11.2026
Altı vəkil kollegiyadan çıxarılıb, 27-si cərimələnib - Rəsmi
Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir
21:06 18.11.2026
Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
20:56 18.11.2026
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Qazaxdakı yol-nəqliyyat hadisəsində ölənlərin adları açıqlanıb
20:50 18.11.2026
Qazaxdakı yol-nəqliyyat hadisəsində ölənlərin adları açıqlanıb
İranın Bəndər Abbas şəhərində eşidilən partlayış səslərinin səbəbi açıqlanıb
20:48 18.11.2026
İranın Bəndər Abbas şəhərində eşidilən partlayış səslərinin səbəbi açıqlanıb
Paşinyandan müxalifətə sərt hədə: "Azərbaycanla sülhə mane olursunuz!"
20:41 18.11.2026
Paşinyandan müxalifətə sərt hədə: "Azərbaycanla sülhə mane olursunuz!"
Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik
20:34 18.11.2026
Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
20:28 18.11.2026
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Paşinyan yeni Konstitusiya üzrə referendumda vətəndaşların dəstəyini gözləyir
20:23 18.11.2026
Paşinyan yeni Konstitusiya üzrə referendumda vətəndaşların dəstəyini gözləyir
Qazaxda avtoqəza olub, ölənlər var
20:16 18.11.2026
Qazaxda avtoqəza olub, ölənlər var
Azərbaycanla ABŞ arasında TRIPP layihəsi müzakirə edilib
20:10 18.11.2026
Azərbaycanla ABŞ arasında TRIPP layihəsi müzakirə edilib
CHP-nin qurultay işi üzrə məhkəmə qərarı açıqlanıb
20:04 18.11.2026
CHP-nin qurultay işi üzrə məhkəmə qərarı açıqlanıb
Azərbaycan və Gürcüstan Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasını müzakirə edib
20:00 18.11.2026
Azərbaycan və Gürcüstan Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasını müzakirə edib
"Arsenal" Yurrien Timberlə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib
19:36 18.11.2026
"Arsenal" Yurrien Timberlə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib