Bu imtahan ləğv olundu - Ödənişlər geri qaytarılacaq

Bu imtahan ləğv olundu - Ödənişlər geri qaytarılacaq
SOSİAL
18:11 18.11.2026
48
Dövlət İmtahan Mərkəzi tərəfindən ictimaiyyətin diqqətinə çatdırılmış imtahan qrafikinə əsasən 4 dekabr tarixində BB vəzifə altqrupu və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanının, 13 dekabr tarixində isə A və B vəzifə növü üzrə dövlət qulluğuna qəbul üzrə test imtahanının keçirilməsi nəzərdə tutulub.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı DİM məlumat yayıb.

Bildirilib ki, 16 noyabr 2026-cı il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində dövlət qulluqçusunun dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün müvafiq sertifikat əldə etməsi ilə bağlı müddəa nəzərdə tutulmayıb.

Bununla əlaqədar olaraq, 4 dekabr tarixində keçirilməsi nəzərdə tutulan dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı ləğv edilib. Bu imtahanda iştirak etmək üçün namizədlərin ödədikləri vəsait onların şəxsi kabinet hesablarına qaytarılacaq.

4 dekabr tarixində BB vəzifə altqrupu və 13 dekabr tarixində A və B vəzifə növü üzrə dövlət qulluğuna qəbul üzrə test imtahanı zamanı namizədlərə Dövlət Qulluğu Məcəlləsinin qüvvəyə minmə tarixindən əvvəl müəyyən edilmiş proqram üzrə - qanunvericilik, informatika, Azərbaycan dili və məntiqi təfəkkürlə bağlı suallar təqdim ediləcək.

İmtahan zamanı qanunvericilik proqramına aid test tapşırıqları Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin qüvvədən düşmüş "Dövlət qulluğu haqqında” və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunları ilə eyniyyət təşkil edən normaları ilə bağlı olacaq.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə Azərbaycanın Dövlət Qulluğu Məcəlləsinin 22.3-cü maddəsinə əsasən 2 il müddətinə qüvvədə olan "Dövlət qulluğu sertifikatı” veriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu imtahan ləğv olundu - Ödənişlər geri qaytarılacaq
18:11 18.11.2026
Bu imtahan ləğv olundu - Ödənişlər geri qaytarılacaq
DİN 104 kq narkotik və 8 min narkotik tərkibli həbi dövriyyədən çıxarıb - VİDEO
17:51 18.11.2026
DİN 104 kq narkotik və 8 min narkotik tərkibli həbi dövriyyədən çıxarıb - VİDEO
Maaş çoxdur, pul çatmır - Avropada bahalı həyatın görünməyən üzü açıldı
17:44 18.11.2026
Maaş çoxdur, pul çatmır - Avropada bahalı həyatın görünməyən üzü açıldı
Paşinyan: TRIPP-in texniki parametrlərinin Azərbaycanla razılaşdırılması fikri ilə razıyam
17:35 18.11.2026
Paşinyan: TRIPP-in texniki parametrlərinin Azərbaycanla razılaşdırılması fikri ilə razıyam
Fransa İrana qarşı təzyiqləri artırır - Avropa müharibəyə qoşulacaq?
17:29 18.11.2026
Fransa İrana qarşı təzyiqləri artırır - Avropa müharibəyə qoşulacaq?
26 ildə dövlət qulluğuna edilən dəyişikliklər: Hansı yeniliklər olub?
17:16 18.11.2026
26 ildə dövlət qulluğuna edilən dəyişikliklər: Hansı yeniliklər olub?
Dənizdə batan gənc Aviasiya Akademiyasının tələbəsi imiş
17:12 18.11.2026
Dənizdə batan gənc Aviasiya Akademiyasının tələbəsi imiş
Bu qurumun direktoru 6 min manat maaş alır - Tam siyahı
17:02 18.11.2026
Bu qurumun direktoru 6 min manat maaş alır - Tam siyahı
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:55 18.11.2026
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Birbank-ın “Böl-ödə” krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün
16:53 18.11.2026
Birbank-ın “Böl-ödə” krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi
16:51 18.11.2026
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi
Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi
16:39 18.11.2026
Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər - VİDEO
16:29 18.11.2026
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər - VİDEO
Dövlət komitələrinin neçə müavini var? – Ən çox müavin bu komitədədir
16:05 18.11.2026
Dövlət komitələrinin neçə müavini var? – Ən çox müavin bu komitədədir
Saatlıq əməkhaqqı sərfəlidirmi? – VİDEOSORĞU
16:04 18.11.2026
Saatlıq əməkhaqqı sərfəlidirmi? – VİDEOSORĞU
Azərbaycanda peşə təhsili alanların sayı artıb
15:36 18.11.2026
Azərbaycanda peşə təhsili alanların sayı artıb