Alimlər Alzheimer xəstəliyi ilə bağlı mühüm kəşf edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 2100 nəfər üzərində aparılan araşdırma göstərib ki, xəstəlik yaddaş itkisi başlamazdan illər əvvəl "gizli mərhələdə” inkişaf edir və bioloji dəyişikliklər xüsusilə 50-li yaşların sonunda sürətlənir.
Tədqiqatın baş müəllifi dosent Minqjao Hu bildirib ki, Bu araşdırma Altsheymer biomarkerlərinin və idrak funksiyalarının yaşa bağlı dəyişiminə kompleks baxış təqdim edir.
Tədqiqat qrupu qan biomarkerləri, beyin görüntüləmələri və idrak testlərini əhatə edən geniş məlumat bazasını analiz edib. Nəticələr göstərir ki, Altsheymerlə bağlı bioloji dəyişikliklər düşündüyümüzdən daha erkən mərhələdə sürətlənir.
Şahanə











































