AMİP İctimai Palatadan çıxıb

AMİP İctimai Palatadan çıxıb
Bütün Xəbərlər
13:27 18.04.2011
2221
AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda əsas müzakirə mövzusu partiyanın İctimai Palatada təmsilçiliyi və bundan sonrakı fəaliyyət istiqamətləri olub. Siyasi Şura AMİP-in İctimai Palatada fəaliyyətini dayandırması ilə bağlı qərar verib. 

Bununla bağlı Siyasi Şurasının verdiyi bəyanatda bildirilib ki, AMİP İctimai Palatanın yaranmasının təşəbbüskarı və təsisçilərindən biridir. İctimai Palatanın yaranması zamanı qarşısına qoyduğu əsas məqsəd cəmiyyətə alternativ fikrin təqdim olunması, alternativ layihələr hazırlamaqla ictimaiyyətin təşkilatlanması və nəticədə hakimiyyətə alternativ gücün təqdim olunmasından ibarət idi: “ Ötən müddət ərzində komissiyaların yaradılması, regionlarda təşkilatlanma işinin əsas prioritet olması ilə bağlı Koordinasiya Şurası iclasında partiya sədri tərəfindən dəfələrlə fikirlər səsləndirilib.

Partiya olaraq mövqeyimiz hakimiyyətə müxalif olan əksər siyasi partiyaların, ictimai birliklərin, bitərəf ziyalıların birgə fəaliyyətinin təmin olunmasından ibarət olub.
Lakin çox təəssüflər olsun ki, keçən müddət ərzində İctimai Palata yarandığı zaman qarşısına qoyduğu məqsədlər istiqamətində fəaliyyətdən yayınaraq, yalnız mitinqlərin keçirilməsi ilə bağlı fəaliyyət göstərib. Nəticədə müxalifətin daha geniş spektrinin bir yerdə olmasının qarşısı alınıb, regional təşkilatlanma işi arxa plana keçirilib, bitərəflərin cəlb olunması istiqamətində əməli fəaliyyət göstərilməyib.

Hədəf olaraq ancaq razılaşdırılmamış məkanlarda mitinqlərin keçirilməsi əsas götürülüb. Bu isə öz növbəsində hakimiyyətin repressiv addımlar atması, onlarla müxalifət fəallarının həbsi, döyülməsi ilə nəticələnib, cəmiyyətdə olan etirazın səngiməsinə səbəb olub. 17 aprel tarixində keçirilmiş aksiyanın 2 aprellə müqayisədə daha az saylı olması isə birbaşa bunun nəticəsi kimi qiymətləndirilməlidir”.

AMİP Siyasi Şurası bütün bunları əsas gətirərək, İctimai Palatanın qarşısına qoyduğu missiyanın həyata keçirilməsindən yayınmasını, cəmiyyətdə olan etiraz dalğasının yanlış istiqamətdə yönləndirilməsi məsuliyyətini öz üzərinə götürmədiyini bəyan edib. Partiya İctimai Palatadakı fəaliyyətini dayandırıb: “AMİP hakimiyyətin zorakı addımlarını, dinc insanlara qarşı repressiv fəaliyyətini, konstitusiya ilə təsbit olunmuş sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılmasını pisləyir, aksiyalar zamanı həbs olunanların azadlığa buraxılması, qaldırılmış cinayət işlərinə xitam verilməsini tələb edir və siyasi hakimiyyəti alternativ fikrə dözümlü yanaşmağa çağırır. 

Bəyan edirik ki, bundan sonra da müxalif partiya olaraq qarşımıza qoyduğumuz məqsədlər uğrunda ardıcıl fəaliyyət göstərəcəyik və bu istiqamətdə digər siyasi qüvvələri də əməkdaşlığa çağırırıq”.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
10:58 23.08.2025
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
10:49 23.08.2025
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
3 deputatın övladı TƏLƏBƏ OLDU
10:35 23.08.2025
3 deputatın övladı TƏLƏBƏ OLDU
Füzulidə yanğın törədən şəxs saxlanılıb
10:24 23.08.2025
Füzulidə yanğın törədən şəxs saxlanılıb
“Qemgin_20” hesabı ilə canlı yayımda pul yığan qadın saxlanıldı - VİDEO
10:15 23.08.2025
“Qemgin_20” hesabı ilə canlı yayımda pul yığan qadın saxlanıldı - VİDEO
Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu
10:06 23.08.2025
Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu
Vaşinqtonda Milli Qvardiyaya silahdan istifadə etmək səlahiyyəti verilib
04:12 23.08.2025
Vaşinqtonda Milli Qvardiyaya silahdan istifadə etmək səlahiyyəti verilib
Niderlandın XİN rəhbəri hökumət daxilində fikir ayrılıqlarına görə istefa verib
03:46 23.08.2025
Niderlandın XİN rəhbəri hökumət daxilində fikir ayrılıqlarına görə istefa verib
Yermak və Rubio Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə ediblər
02:28 23.08.2025
Yermak və Rubio Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə ediblər