Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri

Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
SOSİAL
13:52 15.07.2026
1432
2025-ci ildə baş verən yol-nəqliyyat hadisəsinə görə ötən ay 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilən tiktoker İlduzə Hacıyevanın məlum qəzası ilə bağlı bir sıra maraqlı detallar üzə çıxıb.

Bu faktlar iyunun 7-də başa çatan məhkəməyə təqdim olunan ekspertiza rəyləri əsasındadır.

Sözügedən qəzanın gündəmdə qaldığını, kifayət qədər müzakirələrə səbəb olduğunu nəzərə alaraq, həmin ekspert rəylərini təqdim edirik.

Məlum olduğu kimi, qəza gecə saat 00:53 radələrində baş verib. Ekspert rəyində isə qeyd olunur ki, Amal Məlikovun ölümü saat 03:00-da, yəni qəzadan 2 saat 7 dəqiqə sonra baş verib. Amal Məlikovun ölümünə yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar səbəb olub.

Qəzadan 41 dəqiqə sonra isə İlduzə Hacıyeva xəstəxanda olub, ona ilkin tibbi yardım göstərildikdən qısa müddət sonra oradan ayrılıb və daha sonra hava limanına yollanaraq ölkəni tərk edib.

İlduzə Hacıyeva Amalın idarə etdiyi "Mercedes” markalı avtomobilin onun idarəetməsində olan "Changan” markalı maşına dəymədiyini iddia etsə də, ekspertiza nəticəsində onun dedikləri təkzib olunub.

Belə ki, tədqiqat üçün avtomobillərdən həm zədələnməmiş örtüyündən, həm də avtomobilin zədə almış hissəsindən lak-boya nümunələri götürülüb.

Ekspert rəyindən məlum olub ki, "Mercedes Benz” markalı avtomobilin arxa sağ təkərinin üst hissəsində ağ rəngli fraqment şəklində lak-boya hissə aşkar olunub. Bu boya isə "Changan”ın ön solqanad hissə ilə bufer hissəsinə kəsişməsində aşkar olunmuş lak-boya ilə eynilik təşkil edib.

Həmçinin iş materiallarında olan DVD diskdə olan videogörüntüdən də müəyyən edilib ki, avtomobillər toxunma nəticəsində istiqamətini dəyişib. Bu hal təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin faktiki halları ilə üst-üstə düşən və onun təqsirliliyini təsdiq edən mötəbər sübut kimi qəbul olunub.

O da dəqiqləşib ki, İlduzə Hacıyeva dönmə əməliyyat edən zaman Amal Məlikovun idarə etdiyi avtomobillə onun arasında 29 metr məsafə olub. Bu zaman Amal Məlikovun avtomobilinin sürəti 100 km/saat təşkil edib.

Qeyd olunub ki, İlduzə Hacıyeva təhlükə yarandığını görməsinə baxmayaraq, günlük icarə əsasında idarə etdiyi "Changan” markalı avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmayıb. O, həmin avtomobilin onu ötüb keçməsini gözləmədən dönmə manevrli hərəkətini davam etdirib.

Bu işdə ən çox müzakirə olunan məsələlərdən biri də İlduzə Hacıyevadan barışıq üçün tələb olunan məbləğdir. Məlum olub ki, hadisə nəticəsində digər zərərçəkmiş, Amal Məlikovun həyat yoldaşı Sənubər Muradova eşitmə qabiliyyətini itirib. Bu fakt iş materiallarında da öz təsdiqini tapıb.

Elə buna görə də, Sənubər Muradova İlduzə Hacıyevaya qarşı mülki qaydada iddia qaldıraraq, müayinə və müalicə ilə bağlı ödədiyi 2103 manat, apteklərdən dərmanların alınmasına görə ödədiyi 609 manat, "Koxlear implantasiya” əməliyyatının keçirilməsi və hər iki qulağına qoyulacaq iki ədəd eşitmə cihazının qiyməti olan 102 000 manat ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edib.

Sənubər Muradovanın mülki iddia ərizəsində tələb etdiyi məbləğ üzrə kifayət qədər təsdiqedici sübutları məhkəməyə təqdim etmədiyindən, əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildiyindən, onun İlduzə Hacıyevaya qarşı maddi ziyan tələbinə dair mülki iddiası baxılmamış saxlanılıb. Məhkəmə belə qərara gəlib ki, Sənubər Muradovaya mülki mühakimə icraatı qaydasında Hacıyeva İlduzə Elmar qızına qarşı iddia vermək hüququ izah edilməlidir.
 
//Xitab24.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı