Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu saytında gedən yanlış məlumata görə texniki işçiləri günahlandırıb.İnstitutdan verilən məlumata görə, Tarix İnstitutu bəzi elektron KİV-lər tərəfindən onların saytına istinadla Ağdam və Ağdərə rayonlarının işğalı ilə bağlı verilən məlumatı qəbul etmir:“İnformasiya agentliklərinin diqqətinə çatdırırıq ki, saytın müvafiq bölmələri üzərində iş gedir və bu barədə həmin səhifədə bölmə üzərində iş getdiyi qeyd olunub. Üzərində iş gedən dəqiqləşdirilmiş məlumat 20 sentyabr 2014-cü ildə saytın texniki xidmətçilərinə göndərilsə də, onun əvəzində texniki işçilər yanlış baneri İnstitutla razılaşdırmadan saytda yerləşdiriblər”.