Amerikalı tələbə Heydər Əliyev mükafatı qazandı

MƏDƏNİYYƏT
11:01 08.05.2012
2140
ABŞ tələbəsi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun Heydər Əliyev Mükafatı ilə təltif edilib. Konsulluqdan AZXEBER.COM-a verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təsis etdiyi "Azərbaycana dair araşdırmalarda nailiyyətlərə görə Heydər Əlyev Mükafatı"na ABŞ-ın Montana Ştat Universitetinin siyasi elmlər fakültəsinin tələbəsi Stiven Babbit layiq görülüb.Universitetin siyasi elmlər fakultəsinin Montana ştatının Bozman şəhərində keçirilmiş tədbirində Baş Konsulluğun əməkdaşı Ramil Qurbanov iştirak edərək mükafatı S.Babbitə təqdim edib. Tədbirdə çıxış edən R.Qurbanov Ümumilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və dövlətçiliyinin möhkəmlənməsində göstərdiyi böyük xidmətlərdən bəhs edib, onun tərəfindən əsası qoyulmuş Azərbaycanın inkişafı və müasirləşdirilməsi siyasətinin bu gün də uğurla davam etdirildiyini qeyd edib.Bildirilib ki, Montana Ştat Universitetinin professoru Tomas Qoltsun “Yeni İpək Yolu” adlı enerji və ətraf mühitlə bağlı intensiv yay məktəbi çərçivəsində Azərbaycana səyahət etmiş S.Babbit ölkəmizlə bağlı öz araşdırmalarında və universitetin diplomatik simulyasiyalarında yüksək fəallığı ilə seçilib.S.Babbit fəaliyyətinə verilən yüksək qiymətə görə dərin təşəkkürünü bildirərək, Azərbaycanla bağlı araşdırmalarını bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir