Amerikalı tələbələr Azərbaycan hesabına təhsil alacaqlar

Amerikalı tələbələr Azərbaycan hesabına təhsil alacaqlar
Bütün Xəbərlər
15:19 15.05.2013
762
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar arasında “Önəmli Dil Təqaüdü (CLS) proqramının genişləndirilməsi haqqında” razılaşma imzalanıb.AZXEBER.COM-un məlumatına görə, razılaşmaya əsasən, ABŞ Dövlət Departamenti ilə əməkdaşlıq əsasında həyata keçiriləcək Önəmli Dil Təqaüdü (CLS) proqramı çərçivəsində ARDNŞ tərəfindən iki amerikalı tələbənin iştirakı maliyyələşəcək. Həmin tələbələrin bütün təhsil haqqı, səyahət xərcləri və proqramla əlaqədar digər inzibati xərcləri ARDNŞ tərəfindən ödəniləcək.ABŞ Dövlət Departamenti isə razılaşmaya görə, tərəfdaş təşkilatlar və podratçı qurumlarla birlikdə CLS proramnın həyata keçirilməsi, iştirakçıların seçilməsi, inzibati tədbirlər, dil və mədəniyyət üzrə treninqlərin keçirilməsi və proqramın icrası ilə bağlı digər məsələlərin icrasını həyata keçirəcək.
OXŞAR XƏBƏRLƏR