‘Amma dəyişmir belələri’ - Deputat

‘Amma dəyişmir belələri’ -  Deputat
Bütün Xəbərlər
11:23 06.12.2013
619

Millət vəkili Qənirə Paşayeva onun arxasınca danışan qeyri-səmimi insanlardan yorulduğunu deyib.

AZXEBER.COM xəbər verir ki, millət vəkili bu barədə facebook hesabında yazıb

"Yaman yorulmuşam... İkiüzlü,qeyri-səmimi, üzümə gülüb arxamca Allahdan belə qorxmadan dedi-qodu edib, danosçuluqla məşğul olan bəzi insanlardan... Onlarla işinlə bağlı bəzən tez-tez üz-üzə gəlməli olursan.Üzünə gülümsəməsinin arxasındakı şəmimiyyətsizliyini, çirkli daxili aləmini görürsən, bilirsən və bir gün öz əməllərindən ən azı utanacağını gözləyirsən... Amma dəyişmir belələri və sən bəzən az qalırsan içindən keçənlərin hamısını onun üzünə söyləyəsən, hər şeydən xəbərin olduğunu amma tərbiyəndən və xislətində pislik etmək duyğusu olmadığından qarşılıq vermək istəmədiyini deyəsən... Amma sonra susursan... Çünki onun onsuz da dəyişməyəcəyini bilirsən... Bilirsən ki, vicdanını şeytana satmış Allahdan qorxmazdı və sadəcə Yaradana ona oxşamadığın üçün dərindən bir şükr edərsən".

OXŞAR XƏBƏRLƏR