“Amnesty International” R.Tağının ölümünə görə İrana müraciət etdi

“Amnesty International” R.Tağının ölümünə görə İrana müraciət etdi
Bütün Xəbərlər
00:30 03.12.2011
1206

“Amnesty İnternational” (Beynəlxalq Əfv) təşkilatı azərbaycanlı yazıçı və jurnalist Rafiq Tağının qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb. Sənəddə bildirilir ki, 2006-cı ildə İranın tanınmış ruhanisinin Rafiq Tağının ölümünə fətva verməsi və bu günlərdə azərbaycanlı yazıçının müəmmalı şəkildə qətlə yetirilməsi, eyni zamanda həmin ruhaninin oğlunun bu cinayət faktını alqışlaması İranın Cinayət Məcəlləsində islahatlar aparılmasına ehtiyac olduğunu göstərir: “Rafiq Tağının “Sənət qəzeti”ndə çap etdirdiyi “Avropa və biz” məqaləsinə görə Nardaran kəndində və İranda etiraz aksiyaları keçirilib. Buna səbəb kimi isə onun bu məqalədə Məhəmməd peyğəmbərin (Ə. S. Ə.) ünvanına xoşagəlməz ifadələr işlətməsi, xristian dəyərlərini islamdan üstün tutması göstərilib. Daha sonra ayətullah Məhəmməd Fazil Lənkərani 2006-cı ilin noyabrında Rafiq Tağı və qəzetin redaktoru Samir Sədəqətoğlu barəsində ölüm fətvası verib. Eyni zamanda analoji ölüm fətvalarının digər iki iranlı ayətullah Mürtəza Bəni Fəzl və Möhsün Müctəhid Şəbistəri də verib. İran hakimiyyəti heç vaxt qətlə təhrik edən bu fətvaları pisləməyib, heç kimi Rafiq Tağı və Samir Sədaqətoğluna hücum planlaşdırmaqda, yaxud hücumu həyata keçirməkdə şübhəli saymayıb”.

Bəyanatda oxşar fətvanın 1989-cu ildə ayətullah Xomeyninin britaniyalı yazıçı Salman Rüşdi barəsində çıxardığı da qeyd olunur: “Lakin 1998-ci ildə İran rəsmiləri bildiriblər ki, onlar Salman Rüşdiyə qarşı sui-qəsd planlarını nə dəstəkləyəcək, nə də ona mane olacaqlar. İran Cinayət Məcəlləsinin 226-cı maddəsində deyilir ki, qəsdən qətl törədənlər ölüm cəzasına məhkum edilirlər. Yəni öldürülən şəxs ölməyə layiq deyilsə, qətli törədənlər edam olunurlar. Bu metoddan İranda qətl törətməkdə ittiham olunan şəxslər məhkəmədə özünümüdafiə üçün istifadə ediblər. Onlar İslam qanununa uyğun olaraq məhkəmədə qurbanlarının ölməyə layiq olduğunu sübut etməyə çalışırlar. Kiminsə qətlinə çağıran fətvalardan da belə bir müdafiə üsulu kimi istifadə oluna bilər. Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın (MSHBP) həyata keçirilməsinə nəzarət edən BMT-nin İnsan Hüquqları Komitəsi həmin 226-cı maddə ilə bağlı narahatlığını ifadə edib, İran hökumətinə bu maddəni məcəllədən çıxarmağa çağırıb, qatillərin törətdikləri cinayətlərə görə ədalətlə mühakimə olunmasını tələb edib. “Amnesty İnternational” olaraq İran hakimiyyətini hazırda parlamentdə müzakirə olunan Cinayət Məcəlləsindən həmin maddəni çıxarmağa çağırırıq”.

Sənəddə deyilir ki, “Amnesty İnternational” Azərbaycanda nın qətlinə görə cinayət işinin açılmasını alqışlayır, hakimiyyəti araşdırmanı hərtərəfli və səmərəli aparmağa, qatilləri tapmağa və beynəlxalq standartlara uyğun mühakimə etməyə çağırır. Təşkilat həmçinin İran hakimiyyətini istintaq prosesində Azərbaycanla lazımi əməkdaşlıq etməyə səsləyir.

Qeyd edək ki, noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanan R. Tağı noyabrın 23-də xəstəxanada vəfat edib.

//APA

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi