Ana olmaq istəyən qadın 77 kq arıqladı - FOTOLAR

MAQAZİN
14:16 06.08.2020
1593
Avstraliyada 145 kq çəkidən 68 kiloya düşməyi bacaran qadın sosial mediada gündəm olub.
 
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı Alida Elizabeth Dreyer adlı qadın uşaqlığından bəri artıq çəkidən əziyyət çəkib.
 
Məktəb vaxtlarında məsxərəyə qoyulan Elizabeth daha çox yeməyə başlayaraq 10 yaşında 82 kiloya çatıb. Yeniyetməlik yaşlarında hər gün 3 min 500 kalorilik qida tükətməyə başlayıb.
 
2017-ci ildə 145 kilo çəkiyə sahib olan Dreyerin həyatı elə o zaman dəyişib. Ana olmaq qərarına gələn qadın artıq çəki səbəbindən bunun mümkün olmayacağını anlayıb.
 
Həmin vaxt o radikal qərar verərək mədəkiçiltmə əməliyyatı etdirib.
 
Daha sonra vegan pəhrizinə başlayan Dreyer 1 ilin sonunda 68 kiloya enməyi bacarıb.
 
Dreyer yaşadıqlarını sosial mediada paylaşaraq onunla eyni həyatı yaşayanlara stimul verib.
 
Mələk Cabbar

 

 

 



OXŞAR XƏBƏRLƏR

X Mostbet