AZXEBER.COM-un məlumatına görə, bunu prezidentin iştirakı ilə Nazirlər Kabinetinin dünən keçirilən iclasında səhiyyə naziri Oqtay Şirəliyev deyib.Nazir əlavə edib ki, perinatal mərkəzlərin yaradılması, doğuşayardım xidmətinin təkmilləşdirilməsi, xarici mütəxəssislərin iştirakı ilə keçirilən təlimlərin nəticəsi olaraq, ölkədə uşaq və ana ölümü göstəriciləri son illərdə azalır: “2006-cı illə müqayisədə 2011-ci ildə ölkəmizdə ana ölümü əmsalı 34,2-dən 15,2-yə enib, uşaq ölümü göstəricisi 12,7-dən 10,8-dək azalıb.Poliomielit xəstəliyinə görə endemik sayılan Azərbaycan artıq bir neçə ildir ki, bu infeksiyadan azad ölkəyə çevrilib. Digər idarəolunan xəstəliklərdən difteriya, qızılca, məxmərək və sair son bir neçə ildə ya ümumiyyətlə qeydə alınmayıb, ya da eliminasiya səviyyəsinə endirilib.Son illərədək Azərbaycanda ürək əməliyyatları yalnız ödənişli əsaslarla, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə xaricdən dəvət edilən mütəxəssislər tərəfindən həyata keçirilirdi. İndi isə Uşaq Kardiocərrahiyyə Mərkəzində öz həkimlərimiz hətta körpə uşaqlar üzərində çox çətin kardiocərrahiyyə əməliyyatları aparırlar”.Nazir onu da vurğulayıb ki, indi əhalinin dövlət tibb müəssisələrinə etibarı artıb, müraciətlərin sayı çoxalıb: “Dövlət xəstəxanalarında çarpayıların məşğulluq göstəricisi, ambulator-poliklinika müəssisələrinə müraciətlər dəfələrlə artıb. Son beş il ərzində icra olunan cərrahiyyə əməliyyatlarının sayı iki dəfə çoxalıb, bununla belə, əməliyyatdan sonra ölüm hallarının sayı iki dəfə azalıb. Son 10 ildə doğum göstəricisinin artması, ölüm göstəricisinin isə aşağı düşməsi nəticəsində təbii artım göstəricisi 8,1-dən 13,5-dək yüksəlib. Bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir”.