Terror aktının “İŞİD” tərəfindən törədildiyi bildirilir.
Türkiyənin “Anadolu” Agentliyinin müxbiri Salih Mahmud Leyla Suriyanın Hələb şəhərində bomba ilə yüklənmiş avtomobillə edilən hücum nəticəsində həyatını itirib.
S. Mahmud içərisinə bomba yerləşdirilmiş avtomobil vasitəsilə törədilən terror hücumu zamanı ölüb.
Terror aktının “İŞİD” tərəfindən törədildiyi bildirilir.
Məlumata görə, ötən gecə Suriyanın Hələb şəhərinin Hireytan hissəsində, bazarda bomba yüklənmiş avtomobilin partlaması nəticəsində “Anadolu” agentliyinin müxbiri də daxil olmaqla 30 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Yaralılar Türkiyənin Kilis şəhərindəki dövlət xəstəxanasına yerləşdirliblər.
Qeyd edək ki, Salih Mahmud Leyla bu ilin iyulunda Hələbin Cəmiyeti əz-Zəhra bölgəsindəki döyüşü izləyərkən üzündən yaralanıbmış, o, Türkiyədə müalicə olunduqdan sonra yenidən Suriyada peşə vəzifəsinin icrasını davam etdirib.
///oxu.az