Əməkdar artist Anar Heybətov etirafı ilə gündəmə gəlib.
AZXEBER.COM xəbər verir ki, aktyor anasının vəfatından sonra səhnəyə çıxmasından danışıb.
"Günə uğurla" veriliində qonaq olan aktyor, səhnədə bütün problemlərini unutduğunu bildirib:
"2011-ci ildə anam ölənin səhəri günü Şekspirin "On ikinci gecə" tamaşasının premyerasını oynamışam. O anda düşünürsən ki, səni izləməyə gələn tamaşaçının heç bir günahı yoxdur. O səhnəyə çıxmalısan və oynamalısan. Bəzən olur xəstələnirik, hərarətimiz olur, halsız oluruq, bunları tamaşaçıya bildirmək olmaz. Səhnəyə çıxanda bütün dərd-sərini unudursan, rolunu oynayırsan. Tamaşa bitəndən sonra yenidən dərdinlə baş-başa qalırsan”.
Aysel











































