ANAMA-nın rəhbəri vəfat edib

ANAMA-nın rəhbəri vəfat edib
Bütün Xəbərlər
10:35 12.12.2014
850
O, 1998-ci ildən agentliyə rəhbərlik edib.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov vəfat edib.
AZXEBER.COM-un APA-ya istinadən verdiyi məlumata əsasən, N.İsmayılov uzun sürən xəstəlikdən axşam saatlarında dünyasını dəyişib. Bu barədə mərhumun yaxınları məlumat verib.
Qeyd edək ki, N.İsmayılov ANAMA-nın yaradıldığı tarixdən - 1998-ci ildən agentliyin rəhbəri vəzifəsində çalışıb.
O, fəaliyyətinə görə bir neçə dövlət mükafatı ilə təltif olunub.
Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR