Anar Cəbrayıllı canlı yayımda: "Türkiyədə su bizdən 5 dəfə bahadır" - VİDEO

SOSİAL
17:09 28.11.2019
7054
"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı AZXEBER.COM-un "Vətəndaş soruşur ki..." rubrikasının qonağı olub.
 
Qurum rəsmisi sosial şəbəkədə ona gələn bütün suallara cavab verib.
 
Anar Cəbrayıllıya ən çox sual su sayğacları ilə bağlı olub.
 
Vətəndaşlar iddia ediblər ki, sayğaclar quraşdırılarkən onlardan pul istənilir. 
 
Sayğac və kod pulludurmu? sualına Anar Cəbrayıllı belə cavab verib: "Xeyr, pullu deyil. Azərsu ASC tərəfindən layihə və texniki şərtə uyğun su çəkilir. Sayğac da, kod da ödənişsiz quraşdırılır. Sadəcə olaraq Bakıətrafı massivlərdə böyük bir problem var ki, sudan qeyri-qanuni yolla istifadə edirlər. Kobud şəkildə desək oğurluq edirlər. Belə olan halda əgər biz bunu təsdiq edəriksə, həmin abonentin su təsisatını dayandırırıq. Dəymiş ziyanı hesablayarıq və ziyanı ödədikdən sonra abonentə yeni sayğac quraşdırırq, kod təyin edirik. Yəni həmin pul sayğacın deyil, həmin vaxta qədər qanunsuz istifadə edilən suyun puludur".

Başqa bir sual isə belə olub: "Əvvəllər bir məhsulun qiymətini soruşanda deyirdilər "su qiymətinədir". İndi isə deyən yoxdur. Çünki su çox bahadır. Bu nə üçün belədir?
Anar Cəbrayıllı bu suala cavabında deyib ki, su baha deyil: "M
ən sizinlə razı deyiləm. Bu gün Azərsu ASC-nin əhaliyə satdığı su maya dəyərindən üç dəfə ucuzdur. Tam səmimi etiraf edirəm ki, bu gün regionda ən baha başa gələn lakin ən ucuz satılan su bizimdir. Biz MDB məkanıyla, qonşu Türkiyə ilə müqayisə etmişik və su kifayət qədər əlçatandır. Cənab prezident İlham Əliyev xüsusi ilə vurğulayıb ki, içməli su sektoruna qoyulan investisiyalar geri qayıtmayan, sosial investisiyalardır. Bu sirr deyil ki, "Azərsu ASC" ziyanla işləyən bir təşkilatdır. Bir göstəricini müqayisə edək ki, Türkiyədə verilən su bizə nisbətdə beş dəfə bahadı".

Anar Cəbrayıllı eyni zamanda canlı yayım zamanı əlaqə nömrəsini də deyib. 

"Vətəndaş soruşur ki..." rubrikasının tam versiyasını təqdim edirik: 
 
Mələk Cabbar

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:59 30.10.2020

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

20:51 30.10.2020

Koronavirusa yoluxan Koçaryanın Moskva səfəri alınmadı

20:46 30.10.2020

Azərbaycan Prezidenti Məsud Yılmazın vəfatı ilə bağlı başsağlığı verib

20:27 30.10.2020

Ermənilər Tərtərin kəndinə “Smerç” raketi atıb

20:22 30.10.2020

Azərbaycan Ordusu düşməni dəqiq zərbələrlə məhv edib - VİDEO

20:18 30.10.2020

İlham Əliyev: "Zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılması üçün hər cür yardım göstərməyə hazırıq"

20:02 30.10.2020

Anar Eyvazov: "Cəbhənin bütün istiqamətlərində vəziyyət nəzarətimiz altındadır"

19:53 30.10.2020

Almaniyanın DW nəşrinin müxbiri Mnatsakanyana: “Regionda təxribatlarla məşğul olduğunuzu etiraf edirsinizmi?”

19:33 30.10.2020

İzmirdə ölənlərin sayı 6-ya, yaralıların sayı isə 202-yə çatıb

19:12 30.10.2020

Əli Əsədovla Türkiyənin vitse-prezidenti arasında telefon danışığı olub

19:09 30.10.2020

"Cəbhənin bütün istiqamətlərində vəziyyət nəzarətimiz altındadır"

18:51 30.10.2020

Ermənistan döyüşə dustaqları göndərir

18:45 30.10.2020

FHN: Goranboyda meşədə başlayan yanğın söndürülüb

18:28 30.10.2020

Türkiyə XİN başçısı Azərbaycana təşəkkür edib - FOTO

18:18 30.10.2020

İzmirdə dəhşətli zəlzələnin ilkin nəticələri: dörd ölü, yüzdən çox yaralı var

18:02 30.10.2020

XİN başçısı: “İzmirdə baş verən zəlzələ xəbəri bizi çox kədərləndirdi”