Anar Əli Kərimin oğlunun azadlığa buraxılması üçün müraciət etdi

Anar Əli Kərimin oğlunun azadlığa buraxılması üçün müraciət etdi
Bütün Xəbərlər
18:30 27.03.2012
1131

Yazıçı Anar Əli Kərimin oğlunun azadlığa buraxılması üçün məhkəməyə müraciət göndərib

Bu gün Ağır Cinayətlərə dair Məhkəmədə Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimovun və daha üç nəfərin məhkəməsi oldu. Ramella Abdullayevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində qarşı tərəfin nümayəndələri qatılmamışdılar.

Məhkəmə prosesi zamanı məlum oldu ki, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev O.Kərimovun azadlığa buraxılması üçün yenidən dövlət başçısına müraciət edib.

O.Kərimovun da daxil olmaqla dörd nəfərin məhkəməsi aprelin 2-də davam edəcək.

Qeyd edək ki, O.Kərimov ötən il iyunun 6-da həbs olunub. CM-in 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham olunan O.Kərimova qarşı sonradan CM-in 311-ci (rüşvət alma) maddəsinin 3.2-ci (təkrar törədildikdə) və 3.3-cü (külli miqdarda rüşvət alma) bəndləri ilə də əlavə ittihamlar elan edilib. (musavat.com)

OXŞAR XƏBƏRLƏR