Anar Eyvazov: “Ordumuz tərəfindən daha kəskin tədbirlər görüləcək”

SİYASƏT
15:41 18.10.2020
929

"Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bəyan edildiyi kimi, humanitar atəşkəs qətiyyən sülh demək deyil”.

APA-nın məlumatına görə, bunu bu gün Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A.Eyvazov deyib ki, Ali Baş Komandanın göstərişinə əsasən, Azərbaycan ordusu hazırda əməliyyat ərazisində humanitar atəşkəs rejimini tam təmin etməklə, ərazidə olan cəsədlərin toplanması, eyni zamanda tərəflərdə olan əsirlərin dəyişdirilməsi üçün lazımi şəraiti yaratmaqdadır: 

"Lakin təəssüf ki, Ermənistan tərəfi humanitar atəşkəs rejiminə məhəl qoymadan dəfələrlə işğaldan azad edilmiş əraziləri, o cümlədən Cəbrayıl şəhərini artilleriya atəşinə məruz qoyur. O cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqdadır.

Bundan başqa, Ermənistan ordusu humanitar atəşkəs rejiminin yenidən elan olunduğu dövrdən bəri Ağdərə, Füzuli, Hadrut, Cəbrayıl istiqamətində hücuma keçməyə cəhd göstərib. Bütün hallarda ordumuzun bölmələri tərəfindən Ermənistan Ordusunun bölmələri qətiyyətli şəkildə dəf edilib və düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Düşmənə xəbərdarlıq edirik ki, Ermənistan ordusu humanitar atəşkəs rejiminə məhəl qoymadan yenə əməliyyat bölgəsində gərginlik yaratmağa davam edərsə, Ordumuz tərəfindən daha kəskin şəkildə adekvat tədbirlər görüləcək”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:58 20.10.2020

Ermənistan ordusu tərəfindən yaşayış məntəqələrimiz atəşə tutulub - RƏSMİ

17:56 20.10.2020

Ermənistan ordusunun daha iki polkovniki məhv edildi

17:36 20.10.2020

Azərbaycanda bu gün 584 nəfər koronavirusa yoluxdu

17:35 20.10.2020

Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək

17:24 20.10.2020

Düşmən hücumuna məruz qalan Gəncə sakini dağıdılmış evində “Sarı Gəlin”i ifa edir - VİDEO

17:13 20.10.2020

Şəhriyar Məmmədyarov: "Sevincimin həddi-hüdudu yoxdur"

17:00 20.10.2020

Mehriban Əliyeva xalqı təbrik edib

16:53 20.10.2020

"Ermənistan rəhbərliyi artıq bizim qarşımızda diz çöküb, onlara layiq olan yeri göstərmişik"

16:46 20.10.2020

Mehriban Əliyeva paylaşım etdi - FOTO

16:45 20.10.2020

İlham Əliyev: "Ermənistan rəhbərliyi özünü düşük kimi aparır"

16:42 20.10.2020

Prezidentin tarixi çıxışının tam - MƏTNİ

16:20 20.10.2020

Erməni ictimai xadim: "Tarix bizi nəinki dəfələrlə cəzalandırıb, heç bir şey öyrətməyib”

16:14 20.10.2020

Ankarada Ermənistana etiraz olaraq avtoyürüş keçirilib - FOTO

16:01 20.10.2020

Ermənilərin Tərtərə atəşi nəticəsində 2 mülki şəxs həlak oldu, 1 nəfər yaralandı

15:53 20.10.2020

Düşmənin məhv edilən və ələ keçirilən hərbi texnikalarının tam - SİYAHISI

15:41 20.10.2020

Prezident: “Ermənistan rəhbərliyində nə ağıl var, nə mənəviyyat”