Anar Həsənov: "AccessBank-ı əsas maliyyə tərəfdaşı kimi seçənlərin sayı artmaqdadır"

Anar Həsənov: "AccessBank-ı əsas maliyyə tərəfdaşı kimi seçənlərin sayı artmaqdadır"
İQTİSADİYYAT
17:50 31.10.2019
4691
AccessBank 2019-cu ilin üçüncü rübünə dair maliyyə hesabatını açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, rüb ərzində AccessBank-ın aktivləri 12.629 mln. manatlıq artım nümayiş etdirərək 824.276 mln. manata çatıb.

AccessBank-ın kredit portfeli də artım nümayiş etdirib. İyunun sonuna 473.349 mln. manat həcmində olan xalis kredit portfeli üçüncü rübün yekununa 498.979 mln. manata yüksəlib ki, bu da 25.630 mln. manat artımdan xəbər verir. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan məqsədli ehtiyatları nəzərə almasaq, bankın ümumi kredit portfeli 607.186 mln. manat təşkil edib.

Rüb ərzində ən ciddi artımı depozit portfeli nümayiş etdirib. Belə ki, bankın depozit portfeli 31.363 mln. manat artaraq 646.713 mln. manata çatıb. Bankın depozit portfeli tarixi maksimumu yeniləməyə davam edir. Xüsusilə vurğulamaq istərdik ki, cari ilin əvvəlindən bankın depozit portfeli 145.575 mln. manat artıb.

Maliyyə hesabatının təhlili göstərir ki, ilin əvvəlində bankın menecmentinin verdiyi proqnozlar özünü doğrultmaqdadır. Belə ki, bank əməliyyat mənfəəti ilə işləməyə davam edir. Üçüncü rübdə bank 14.234 mln. manat həcmində xalis əməliyyat mənfəəti əldə edib. AccessBank gəlirliliyini də qorumaqdadır. Üçüncü rübun sonuna bankın gəlirləri 59.992 mln. manata çatıb ki, bu da ötən rüblə müqayisədə 14.141 mln. manat artımdan xəbər verir.

Hazırda bankın məcmu kapitalı 74.121 mln. manat təşkil edir ki, bu da requlyativ normadan (50 milyon manat) 24.121 mln. manat çoxdur.

Sentyabr ayının sonuna bankın ani likvildik əmsalı 82.95% təşkil edir ki, bu da normadan (30%) təxminən 2.8 dəfə çoxdur.

Maliyyə göstəricilərini şərh edən AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib: "Əsas maliyyə göstəricilərimizin müsbət dinamika nümayiş etdirməsi ondan xəbər verir ki, AccessBank müştərilərinin etibarlı maliyyə tərəfdaşı olaraq qalmaqdadır. AccessBank-ı əsas maliyyə tərəfdaşı kimi seçən müştərilərin sayının artması bizim üçün olduqca sevindirici haldır.

Missiyamıza sadiq qalaraq biz ölkənin iqtisadi artımının drayveri olan mikro, kiçik və orta sahibkarlığın, o cümlədən aqro sektorun inkişafına tam dəstək verməyə davam edirik. AccessBank cari ilin əvvəlindən aqrar sahədə fəaliyyət göstərən sahibkarlara 86 milyon manata yaxın kredit ayırıb ki, bunun təxminən 80 milyon manatı regionların payına düşüb. Biz bundan sonra da yeni texnologiyalardan istifadə edərək kiçik və orta sahibkarlığın inkişafına dəstək verməyə davam edəcəyik".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistanda zəncirvari yol qəzasında 8 nəfər ölüb
22:56 03.11.2026
Ermənistanda zəncirvari yol qəzasında 8 nəfər ölüb
Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı
22:43 03.11.2026
Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı
Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
22:37 03.11.2026
Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
"Turan" komandası CEV Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
22:30 03.11.2026
"Turan" komandası CEV Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər
22:22 03.11.2026
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər
Tramp üçün çətin siyasi sınaq: Seçkiləri uduzsa, hansı addımı atacaq?
22:11 03.11.2026
Tramp üçün çətin siyasi sınaq: Seçkiləri uduzsa, hansı addımı atacaq?
“Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur” – Deputat
21:55 03.11.2026
“Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur” – Deputat
Sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
21:54 03.11.2026
Sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
Avropada yeddi təyyarədə axtarış aparıldı
21:49 03.11.2026
Avropada yeddi təyyarədə axtarış aparıldı
Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
21:41 03.11.2026
Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:34 03.11.2026
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
21:26 03.11.2026
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan
21:21 03.11.2026
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
21:14 03.11.2026
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı həbs edilə bilər
21:06 03.11.2026
İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı həbs edilə bilər
Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
20:58 03.11.2026
Zelenski Putinə zəng edəcək? - Özü açıqladı