Anar Həsənov Yelo Bank-ın İdarə Heyətinin yeni sədri təyin olundu - FOTOLAR

Anar Həsənov Yelo Bank-ın İdarə Heyətinin yeni sədri təyin olundu - FOTOLAR
İQTİSADİYYAT
15:50 22.12.2020
921
Yelo Bank-ın yüksək rəhbərliyində dəyişiklik gözlənilir. Belə ki, bank tərəfindən verilmiş açıqlamada Yelo Bank-ın İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat barədə qeyd olunub.
 
AZXEBER.COM xəbər verir ki, bankın Müşahidə Şurasının qərarına əsasən, bu vəzifəni Anar Həsənov tutacaq və 5 yanvar 2021-ci il tarixindən Yelo Bank-da fəaliyyətinə başlayacaq. Hazırda və bu ilin sonunadək A.Həsənov AccessBank-ın İdarə Heyətinin sədridir.

Daha əvvəl Yelo Bank-da bu vəzifəni bankda fəaliyyətini bu ilin oktyabrında dayandırmış Nikoloz Şurqaia tuturdu. Hazırda İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti olaraq Emil Duşdurov, İdarə heyətinin üzvü və bankın maliyyə üzrə baş direktoru icra edir.

"Yelo Bank rebrending prosesini uğurla yekunlaşdırır və yeni inkişaf strategiyasını reallaşdırır. Son il ərzində Yelo Bank-da rebrendinglə bərabər köklü dəyişikliklər də edilir. Bu özünü müştərilərə xidmət səviyyəsində, təklif olunan məhsul və xidmətlərdə, biznes proseslərdə olduğu kimi, komandanın peşəkar kadrlar ilə gücləndirilməsində də göstərir. Xüsusi qeyd etmək istəyirəm ki, təcrübəli və uğurlu idarəçilərin, öz sahələrinin peşəkarlarının cəlb olunması ilə biz çox güclü top-menecmentin yaradılmasına nail ola bilmişik. Tam əminliklə demək olar ki, bu baxımdan bizdə bu günə bazarda olan ən yaxşı komandalardan biri formalaşıb və onlarla bank qoyulan tapşırıqları uğurla həyata keçirir. Şadıq ki, bu komandaya tezliklə bank sahəsində öz sözünü demiş daha bir peşəkar rəhbərlik edəcək. Anar Həsənovun idarəçilik təcrübəsi və biliklərinin Yelo Bank-ın transformasiya prosesinin sürətlənməsinə əhəmiyyətli töhfə verəcəyindən və onun gələcək inkişafına dəstək olacağından əminik” – deyə Müşahidə Şurasının sədri Marina Kulişova yeni təyinatı şərh edib.

Anar Həsənov bank sahəsində zəngin təcrübə və yüksək işgüzar nüfuza malikdir. Belə ki, bankir karyerasını AccessBank-ın yarandığı vaxtdan, 2002-ci ildən başlayıb və 18 ildən artıq uğurla orada çalışır. Mikro, KOB və pərakəndə biznesləri sahələrində fərqli idarəedici vəzifələrdə işləyərək, 2007-ci ildən AccessBank-ın İdarə Heyətinə daxil olub, 2018-ci ilin iyun ayından isə bankın İdarə Heyətinin sədridir.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb