Anar Məmmədov ‘İlin Gənci’ oldu

GƏNCLİK
12:08 30.12.2012
2950

Seçim “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən keçirilən sorğu əsasında müəyyənləşib  

AZXEBER.COM-un məlumatına görə, Azərbaycan Amerika Alyansının təsisçisi və ZQAN Holdinqin Direktorlar Şurasının sədri Anar Məmmədov “İlin Gənci” seçilib. Seçim “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən keçirilən, 2012-ci ildə gənclər siyasəti sahəsində və ölkəmizin ictimai-siyasi həyatında fərqlənən şəxslərin və qurumlarınsorğusu əsasında müəyyənləşdirilib. Sorğu təşkilat tərəfindən  yazılı və şifahiaparılmış və mətbuatın təhlilinin nəticəsində formalaşmışdır.

Qeyd edək ki, Anar Məmmədov 2012- ci ildə təsis olunmuş  Dünya Azərbaycanlı Gənclər Birliyinin üzvü seçilib.

OXŞAR XƏBƏRLƏR