Seçim “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən keçirilən sorğu əsasında müəyyənləşib
AZXEBER.COM-un məlumatına görə, Azərbaycan Amerika Alyansının təsisçisi və ZQAN Holdinqin Direktorlar Şurasının sədri Anar Məmmədov “İlin Gənci” seçilib. Seçim “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən keçirilən, 2012-ci ildə gənclər siyasəti sahəsində və ölkəmizin ictimai-siyasi həyatında fərqlənən şəxslərin və qurumlarınsorğusu əsasında müəyyənləşdirilib. Sorğu təşkilat tərəfindən yazılı və şifahiaparılmış və mətbuatın təhlilinin nəticəsində formalaşmışdır.
Qeyd edək ki, Anar Məmmədov 2012- ci ildə təsis olunmuş Dünya Azərbaycanlı Gənclər Birliyinin üzvü seçilib.