Anar Məmmədov qolfu da "batırdı" - Federasiya dağıldı

Anar Məmmədov qolfu da "batırdı" - Federasiya dağıldı
SOSİAL
16:40 06.10.2017
5726

Anar Məmmədovun yaratdığı Qolf Federasiyasının baş katibi vəzifəsindən istefa verib, başqa gedənlər də var; sabiq nazirin oğlu haradadır?

Sabiq nəqliyyat naziri Ziya Məmmədov və klanı ətrafında gedən "sökülmə” prosesi ilə bağlı xəbərlər son günlər intensivləşib. Z.Məmmədovun əmlakının əlindən alınması xəbərlərinin ardından sabiq nazirin oğlunun bir vaxtlar rəhbərlik etdiyi Qolf Federasiyasının da dağılması barədə məlumatlar yayılıb. Unikal.org saytı xəbər verib ki, Qolf Federasiyasının baş katibi Nigar Süleymanova vəzifəsindən istefa verib.

Nigar Süleymanova vəzifəsindən hansı səbəbdən getməsi barədə məlumat verməsə də, bu sözlərlə kifayətlənməli olub: "Mən daha AQF-də çalışmıram. Bir müddətdir ki, oradan uzaqlaşmışam. Yerimə kimin gəldiyindən də xəbərsizəm”.

Bildirilir ki, federasiyada uzun müddətdir maaş ala bilməyən işçi heyəti qurumu tərk etməyə qərar verib. Federasiyanın təlimçisi Emin Zeynalov da bir neçə ay əvvəl qurumdan ayrıldığını açıqlayıb.

N. Süleymanova Qolf Federasiyasından əvvəl ölkənin ən iri hotellərindən birində satış meneceri işləyib. Federasiyanın formalaşmasında onun böyük rolu olduğu deyilir. Belə ki, o, qolfun heç bir maraq kəsb etmədiyi Azərbaycanda bu idman növü üzrə komanda toplamağa nail olub.

Anar Məmmədovun zənginlərin sevimli idmanı kimi tanınan qolfun azarkeşi olduğunu ölkə ictimaiyyəti 2010-ci ildə öyrəndi. Məlum oldu ki, reputasiyası heç də yaxşı olmayan o vaxtkı nazir oğlu, sən demə, bu idman növü ilə məşğul olur və hətta Azərbaycanda təbliğatında xüsusi fəallıq göstərir.

Xatırladaq ki, 2011-ci ildə Anar Məmmədovun yaratdığı Azərbaycan Qolf Federasiyası rəsmi qeydiyyatdan keçdi və nazir oğlu bu federasiyanın prezidenti seçildi. Çox keçmədən Məmmədovlar klanının Qubadakı "Rixos Quba” hotelinin ərazisində Azərbaycanda ilk qolf klubu yaradıldı. Akademiyası və bazası açıldı. 2014-cü ilin yayında Qolf Federasiyası və "European Tour”un təşkilatçılığı ilə Qubadaı beynəlxalq "Challenge Tour” yarışması keçirildi. Turnirin qalibi almaniyalı qolfçu Morits Lampert oldu. A. Məmmədov turnirin kuboku və mükafatını (deyəsən, avtomobil idi) qalib qolfçuya təqdim etmişdi. Qolf idman növü 2016-cı ildə Rio-de Janeyro şəhərində keçiriləcək olimpiya oyunları siyahısına salınmışdı ki, bu da o vaxt A.Məmmədovu xeyli sevindirmişdi. Nazir oğlu Azərbaycan idmançılarının bu yarışlarda iştirak etməsini çox arzulayırdı. A.Məmmədov hazırda Londonda yaşayır. Bəzi iddialara görə, onun Bakıya gəlməsi barədə yasaq var. İndiki kənd təsərrüfatı naziri Heydər Əsədovun kürəkəni olan A.Məmmədovun bəzi biznes strukturları kimi qolf çubuğu da, meydançası da çoxdan əldən çıxmışdı. İndi isə təkcə biznes şəbəkələri də deyil, bu federasiyanın yeni sahibi olmalıdır ki, hazırda buna hazırlıq gedir. Amma qolf Məmmədovlara düşərli olmadığından, kimin federasiyaya sahiblik edəcəyi maraq doğurur.musavat.com

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xankəndidə İdarələrarası Mərkəzin iclası keçirildi - FOTOLAR
15:03 02.10.2026
Xankəndidə İdarələrarası Mərkəzin iclası keçirildi - FOTOLAR
Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi
14:49 02.10.2026
Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi
Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama
14:46 02.10.2026
Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama
Zəfər və qüdrət: Azərbaycanın yeni strategiyası - Nahid Canbaxışlı yazır
14:21 02.10.2026
Zəfər və qüdrət: Azərbaycanın yeni strategiyası - Nahid Canbaxışlı yazır
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
14:10 02.10.2026
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Ard-arda artan kütləvi zəhərlənmələr - Buna görə kim məsuliyyət daşıyır?
14:05 02.10.2026
Ard-arda artan kütləvi zəhərlənmələr - Buna görə kim məsuliyyət daşıyır?
Taylandda daşqınlar 3,5 milyondan çox insana təsir edib
13:58 02.10.2026
Taylandda daşqınlar 3,5 milyondan çox insana təsir edib
Konqoda Ebola epidemiyası: Ölənlərin sayı artdı
13:48 02.10.2026
Konqoda Ebola epidemiyası: Ölənlərin sayı artdı
DİN-dən məktəbdə uşaqların zəhərlənməsi ilə bağlı AÇIQLAMA
13:39 02.10.2026
DİN-dən məktəbdə uşaqların zəhərlənməsi ilə bağlı AÇIQLAMA
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
13:11 02.10.2026
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
Leysan, dolu, qar... - Sabahın havası
13:01 02.10.2026
Leysan, dolu, qar... - Sabahın havası
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
12:52 02.10.2026
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması: “Hesabdan çox, oyunun özü önəmlidir”
12:43 02.10.2026
“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması: “Hesabdan çox, oyunun özü önəmlidir”
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR
12:27 02.10.2026
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR
“Qələbə, diplomatiya, enerji...” – Azərbaycanın beynəlxalq nüfuzunun sirri nədir?
12:25 02.10.2026
“Qələbə, diplomatiya, enerji...” – Azərbaycanın beynəlxalq nüfuzunun sirri nədir?
Nailə Kələntərliyə vəzifə verildi
12:18 02.10.2026
Nailə Kələntərliyə vəzifə verildi