Anar Məmmədovun prezidenti olduğu federasiya açıldı - FOTOLAR

Anar Məmmədovun prezidenti olduğu federasiya açıldı -  FOTOLAR
İDMAN
16:50 02.10.2013
3293

Oktyabr ayının 2-də Azərbaycan Qolf Federasiyasının inzibati binası və Qolf Akademiyasının açılış mərasimi keçirilmişdir. Açılışda Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Qolf Federasiyasının (AQF) prezidenti Anar Məmmədov, idmançılar və digər qonaqlar iştirak etmiş və qonaqlara akademiya haqqında geniş məlumat vermişdir.

AZXEBER.COM-un məlumatına görə, akademiyanın binasının tikintisinə 2012-ci ilin aprelindən başlanılıb və ümumi sahəsi 2400 m2-dir. Binanın tikintisi zamanı Avropanın aparıcı qolf akademiyalarının təcrübələrindən istifadə olunub. Binada yeraltı parkinq, soyunma otaqları, duş, iki qolf simulyator otağı və müştərilər üçün kafe fəaliyyət göstərir. Azərbaycan Qolf Federasiyası da qeyd olunan binada yerləşir. Bununla yanaşı binanın inşası hazır olmayan zaman belə AQF fəaliyyət göstərib, Bakı məktəblərində SNAG keçirib və 1000 nəfər məktəbliyə qolf oynamağı öyrədib.

SNAG abreviaturası – “Start New At Golf” olaraq açılır və qolfun qısa zamanda əyləncəli və maarifləndirici şəkildə maksimum insanlara təqdim edilməsi layihəsidir. SNAG müxtəlif yaş və sosial təbəqələrə məxsus insanların özlərini qolfda sınamalarına imkan verən yeganə proqramdır.

Mərasimdə çıxış edən AQF-nin prezidenti A. Məmmədov Qolf Akademiyasının açılışının bütün Azərbaycan üçün və ölkə idmanı üçün əlamətdar bir hadisə olduğunu vurğulaşmışdır. “Bir neçə gün öncə cənab Prezident İlham Əliyev Qubada, regionun ən böyük qolf meydançasının açılışında iştirak etmişdi. Bu gün isə biz Qolf Akademiyasının açılışında iştirak edirik. Bunlar Azərbaycanda idmanın kütləviliyinin artırılması istiqamətində həyata keçirilən köklü islahatların real nəticələridir. Bu islahatlarınbölgələri də əhatə etməsi nəticəsində regionlarda idmanla məşğul olanların sayının sürətlə artması müşahidə olunur. İndi regionlarda müasir idman infrastrukturu yaradılır, yenilərinin təməli qoyulur. Azərbaycanda idmanın bütün növlərinin inkişafı diqqət mərkəzindədir. Qubada Milli Qolf Klubunun yaradılması bunun əyani təsdiqidir. Milli Qolf Akademiyası isə peşəkar qolfçuların və qolf həvəskarlarının hazırlanması üzrə aparıcı mərkəz olacaq”, deyə A. Məmmədov bildirib.

Akademiya ərazisinə 2 qolf simulyator daxildir. Sport Coach Systems şirkətinin istehsalı olan bu simulyatorlarda dünyadakı ən aparıcı qolf sahələrinin xəritələri var. Qolf sevənlər üçün bu simulyatorlar vasitəsilə 130 virtual qolf meydançasında qolf oynaya imkanı var və həmin qolf meydançalarının 28-i Avropa çempionatlarının keçirildiyi sahələrdir.

Qeyd olunan meydançalar içində Quba qolf sahəsi də var. Arzuedənlər burada duraraq Böyük Britaniyada və ya başqa ölkədəki, elə o cümlədən Qubadakı qolf meydançasında qolf oynaya bilər. Bu simulyatorlar təlim, tədris, test və qolf inventarının seçimi üçün ideal avadanlıqlardır.

Akademiyanın ərazisində həmçinin “Championship 8 hole mini golf” konsepsiyasında dizayn edilmiş və son nəsil sintetik ot örtüyündən ibarət qolf meydançası yerləşir. Meydançada PGA (Professional Golf Association) dərəcəli instruktorlar qolfla maraqlananlara qolf təlimləri keçir. Bundan başqa akademiyanın meydançası qolf oynamaq istəyənlər üçün də açıqdır.

Meydançanın ümumi sahəsi 14,000 m2-dir ki, onun 6,700 m2 Hollandiya istehsalı olan sintetik otla örtülüb. Ümumilikdə kompleksin dizaynını Hollandiyanın dünyaca məşhur “European Golf Group” şirkəti hazırlayıb. Meydançanın solunda qolf sevənlərin öz oyun texnikalarını təkmilləşdirmək üçün xüsusi təlim sahəsi olan “Driving range” yerləşir.Bu sahə topu saxlamaq üçün 24 metrlik xüsusi divarla əhatələnib.Yeni başlayanlar adətən təlimə məşq meydançasında başlayırlar və bundan sonra qolf meydançasında qolf oynaya bilərlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
14:33 20.09.2025
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
Şəmistan Nəzirli vəfat edib
14:31 20.09.2025
Şəmistan Nəzirli vəfat edib
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
12:59 20.09.2025
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
12:53 20.09.2025
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
12:49 20.09.2025
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
Xankəndidə Şəhər Günü qeyd olunur
12:45 20.09.2025
Xankəndidə Şəhər Günü qeyd olunur
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
12:41 20.09.2025
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
12:41 20.09.2025
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO