Anar Məmmədxanovun vəfatından 4 il ötür – VİDEO

Anar Məmmədxanovun vəfatından 4 il ötür – VİDEO
Bütün Xəbərlər
12:42 23.04.2015
1002

Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı...

Milli Məclisin keçmiş deputatı, “Bakılı Oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanıAnar Məmmədxanovunvəfatından 4 il ötür.

Oxu.Az xəbər verir ki, Anar Məmmdxanov 2011-ci il aprelin 23-də, qəflətən ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olmuşdu.

Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirən Məmmədxanov 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olmuşdu. Avrasiya Radio və Televiziya Akademiyasının üzvüdür. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olub.

Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Evli idi, 3 övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

OXŞAR XƏBƏRLƏR