Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumat doğru deyil.
Anar Nəcəfli hazırda fəaliyyətini davam etdirir və media sorğularını cavablandıran məsul şəxs olaraq qalır.
Əldə etdiyimiz məlumata görə, AAYDA-da struktur dəyişiklikləri aparılıb və bunun çərçivəsində mətbuat şöbəsi ləğv edilib. Buna baxmayaraq, media ilə kommunikasiya və jurnalist sorğularının cavablandırılması Anar Nəcəfliyə həvalə olunub.
Anar Nəcəflinin AAYDA-dan ayrılması və ya vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmır.
///Anews.az///











































