Anar qəzəbləndi: 'Xuliqan, həyasız, məhkəməyə veriləsi yazılara cavabdı' - AÇIQLAMA

Anar qəzəbləndi:
Bütün Xəbərlər
10:19 16.04.2012
1665
Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın “525-ci qəzet”də dostu Fikrət Qocaya ithaf etdiyi yazısı çap olunub.
Anar bu yazısında onu və rəhbərlik etdiyi qurumu daim tənqid edən gənc yazıçıların, xüsusi ilə Seymur Baycanla Elnur Astanbəylinin ünvanına obrazlı təhqirlər yağdırıb. Anar sözügedən yazarların adını çəkməsə də, özlərinə, yazılarına, barəsində dedikləri fikirlərə işarə vuraraq, onları nişan verib.“Heyvərə Sirkə Badımcan, Unutmasın bunu ancaq, Sirkə çox tünd olan zaman, Öz qabını çatladacaq” sözləri ilə Seymur Baycanı, “Qaraçı ləçərlər kimi, Həyasız və tərbiyəsiz, Çızma-qaraları yazar. Yazısında hər sözu də, Elə murdardır ki, murdar”, sözləri ilə Elnur Astanbəylini hədəfə götürüb.AYB sədri Anar “Yeni Müsavat”a açıqlamasında bu həcvin yazılma səbəbinə toxunub. Deyib ki, həcv bu günə qədər ona qarşı aparılan kampaniyaya cavabdır: “Xuliqan, həyasız, məhkəməyə veriləsi yazılara cavabdır. Onlar ad çəkirlər. Mən heç onların adını da çəkmək istəmirəm”.Müsahibimiz Anarın bu üslubundan pərt olan oxucularına isə bunu dedi: “Məni sevirlərsə, məni müdafiə edirlər. Siz də yazmışdız mənim barəmdə, ”Azadlıq" qəzetində də nəsə cavab verildi. Barəmdə bir yazı olan kimi hər tərəfdən hücum edirlər. Amma çox adam yazdıqlarının arxasında dayanmır. Mənim bu ağsaqqal yaşımda ağızlarına gələni yazırlar. Bəs, mən nə etməliydim? Oturub onların hər gün artan təhqirlərini gözləməliydim? Məndən nə istəyirlər? Heç kimlə işim yoxdur. Heç bir redaktor, liderlər haqda pis heç nə deməmişəm. Halbuki deməyə də sözüm var. Mən başa düşmürəm, biz olmayanda Allah bunlara istedad verəcək? Qablarında nə var, görünür də".
OXŞAR XƏBƏRLƏR