Anar Yusifoğluya İTV-də vəzifə verildi

Anar Yusifoğluya İTV-də vəzifə verildi
Bütün Xəbərlər
20:48 08.05.2015
1427
Tanınmış jurnalist Anar Yusifoğluya çalışdığı İctimai Televiziyada (İTV) vəzifə verilib.
 AZXEBER,COM Aznews.az-a istinadən xəbər verir ki, o, televiziyanın İctimai-siyasi proqramlar departamentinin direktoru təyin olunub.
Məsələ ilə bağlı Anar Yusifoğlu ilə əlaqə yaratmaq cəhdimiz baş tutmasa da, İTV-nin mətbuat xidmətindən faktı təsdiq ediblər.
Qeyd edək ki, Anar Yusifoğlu İTV yaranandan orada çalışıb, televiziyanın qurulmasında yaxından iştirak edib.
Lakin televiziya rəhbərliyi dəyişəndən sonra o, İTV-nin Analitik proqramlar departamentinin direktoru vəzifəsindən öz ərizəsi ilə işdən azad edilib.
Bu il yanvarın 6-da isə yenidən İTV-yə qayıdıb.
OXŞAR XƏBƏRLƏR