‘Anarın xəsarəti daha ağır olub, beynindən ağır zədə alıb’ - FOTOLAR

‘Anarın xəsarəti daha ağır olub, beynindən ağır zədə alıb’ - FOTOLAR
Bütün Xəbərlər
14:12 13.09.2013
3028

20 yaşlı Hüseynov Anar ağır vəziyyətdədir.

Bu barədə AZXEBER.COM-un redaksiyasına Anarın anası Aslanova Almaz müraciət edib. O, oğlunun müalicəsi üçün imkanlı şəxslərdən yardım istəyib:

“Oğlum, 1993-cü il təvvəlüdlü Hüseynov Anar Bəxtiyar oğlu 2013 cü il, mayın 8-də işdən qayıdarkən avtomobil qəzasına düşüb. Hadisənin baş vermə səbəbi  ##-AO-## dövlət nömrə nişanlı avtomobilin sürətlə gəlib oğlum Anarın da içində olduğu avtomobili vurması olmuşdur. Onu da qeyd edim ki, oğlum Hüseynov Anar arxa oturacaqda oturduğundan və məhz avtomobil arxadan vurulduğundan Anarın xəsarəti daha ağır olub, beynindən ağır zədə alıb. Onu Tbilisi şəhərində “Jeleznodarojnaya” xəstəxanasında iki dəfə əməliyyat ediblər. Hazırda Tbilisidə müalicə alır, vəziyyəti ağırdır, tez-tez “sudurqa” keçirir, qızdırması olur. Müalicəsi uzun müddətlidir, onun müalicəsinə çox pul lazımdır. Bizim də buna maddi imkanımız çatmır, yoldaşım xəstədir, ailədə heç kim işləmir. Buna görə də imkanlı şəxslərdən  xahiş edirik ki, oğluma köməklik göstərsinlər.”

 Əlaqə nomrəsi: +995 56895 49 77

OXŞAR XƏBƏRLƏR