Bakı Apelyasiya Məhkəməsində anasını qətlə yetriməkdə ittiham olunan 22 yaşlı Elvin Əzimovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Həsən Əhmədov sədrlik edib. Prosesdə Elvin Əzimovun anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 5-nə təyin olunub.
Qeyd edək ki, qətl hadisəsi ötən il Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi, 1 ünvanında baş verib. 22 yaşlı Elvin Əzimov anası, 46 yaşlı Esmira Əzimovanı qətlə yetirib. Qətli törətdikdən sonra binanın pəncərəsindən tullanaraq qaçmaq istəyib. Bu zaman onun hər iki ayağı sınıb.
Anasını namus üstündə qətlə yetirdiyini deyən E.Əzimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elvin Əzimov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.