Andorranın xarici işlər naziri Azərbaycanda səfərdə

MAQAZİN
11:25 04.06.2012
1764
Andora Knyazlığının xarici işlər naziri Qilbert Saboya Sunyen iyunun 3-də Azərbaycanda rəsmi səfərə gəlib. 
Andoranın xarici siyasət idarəsi rəhbərinin Bakıda keçirəcəyi görüşlərdə iki ölkə arasındakı iqtisadi və siyasi əlaqələrin inkişafı və perspektivləri müzakirə ediləcək. Andoralı nazirlə birlikdə iş adamları da səfərə gəliblər və Bakıda Andora-Azərbaycan biznes forumu keçiriləcək. Səfər iyunun 5-də başa çatacaq.

OXŞAR XƏBƏRLƏR