Anım günü ADNA təmirə bağlandı - FOTOLAR

Anım günü ADNA təmirə bağlandı - FOTOLAR
Bütün Xəbərlər
12:19 30.04.2012
2793

Xəbər verildiyi kimi, 3 il öncə Neft Akademiyasında baş verən müdhiş terror aktının - müəllim və tələbələrin terrorçu tərəfindən güllələnməsinin 3-cü ildönümü münasibəti ilə ADNA və digər universitetlərin tələbələrin anım mərasimi keçirirlər.

AZXEBER.COM-un məlumatına görə, “Yeni Müsavat”ın əməkdaşlarının Neft Akademiyasının əsas korpusunun qarşısından verdikləri məlumata görə, aksiyanın başlanmasına bir neçə saat qalmışdan artıq polis"28 May" metrostansiyasının ətrafında cəmləşdirilib ,terror aktının həyata keçirildiyi korpus isə "təmir üçün" bağlanılıb. Gözlənilmədən zərurətə çevrilmiş "təmir" gün ərzində davam etdiriləcək.

Polislər aksiya və anım mərasiminə gələn tələbələri, gəncləri geri qaytarır.

Qeyd edək ki, bu gün ADNA-ya yaxın küçə və meydanda tələbələrin, eləcə də gənc məzunların terrora qarşı aksiyası keçiriləcək.

OXŞAR XƏBƏRLƏR