Türkiyənin paytaxtı Ankarada Çankaya Kaymakamlığının önündəki mikroavtobusda bomba partlayıb. ANS PRESS CNN Türk-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, patlayış nəticəsində 20 nəfər yaralanıb.
Ankara polisi şübhəli bir qadını saxlayıb. Şübhəli qadının şüar səsləndirdiyi deyilir. Polis ikinci bomba ehtimalına qarşı təhlükəsizlik tədbirləri görür.
Partlayış nəticəsində yaxınlıqda park edilmiş 6 avtomobil də yanıb. Yaxınlıqaki binalar da zərər görüb. Yaralılar xəstəxanaya aparılıb.
Çankaya bələdiyyə başçısı bildirib ki, hadidə məktəbin qarşısında baş verib. İlkin məlumata görə, ölən yoxdur.
"Ümid edirik ki. bu, terror yox, qaz balonun partlamasıdır. Çünki bir binadan yanan qaz balonu atıldığı iddiası var", deyə Bülent Tanık bildirib.