ANS-də dava düşdü

ANS-də dava düşdü
Bütün Xəbərlər
12:25 26.05.2014
1800
“Onlardan 100 min manat təzminat tələb edəcəm”.
Mayın 25-də ANS telekanalında teleaparıcı Rövşanə Bektaşinin “Bazar Səhəri Rövşanə ilə” verilişində Akademik Milli Dram teatrında aparılan işlər və baş verən narazılıqlarla bağlı məsələ müzakirə edilib.
AZXEBER.COM AzNews.az-a istinadla xəbər verir ki, verilişə qonaq qismində xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruz və xalq artisti Kübra Əliyeva dəvət olunublar.
Veriliş zamanı digər mövzularla yanaşı, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Əli Nurun çalışdığı qurumla bağlı AzNews.az-da yayımlanan tənqidi fikirləri də müzakirə mövzusu olub.
Ramiz Novruz Əli Nurun bu müsahibəsini tənqid edib və bildirib ki, teatrımız haqqında onun bu cür açıqlamaları yolverilməzdir və danışdıqları həqiqətə uyğun deyil.
Mənbənin verdiyi məlumata görə, məsələdən xəbərdar olan əməkdar artist Əli Nur dərhal ANS-ə gedib kanal rəhbərliyindən onun da canlı yayıma qoşulmasını tələb edib. Ancaq telekanal rəhbərliyi bunun mümkünsüz olduğunu deyib. Əli Nur isə veriliş qurtardıqdan sonra xalq artisti Ramiz Novruz və Rövşanə Bekatişi ilə görüşüb.
Əli Nur ANS-də Ramiz Novruzun onun haqqında yalan və böhtan xarakterli məlumatlar səsləndirdiyinə, o cümlədən verilişdə müzakirələrə birtərəfli yanaşdığına görə aparıc Rövşanə Bektaşi ilə mübahisə edib. Mübahisənin böyüdüyünü görən Rövşanə Bektaşi dərhal hadisə yerindən uzaqlaşıb. Bundan sonra Əli Nurla Ramiz Novruz əlbəyaxa olublar.
Məsələ ilə bağlı AzNews.az əməkdar artist Əli Nurla əlaqə saxlayıb. O məlumatın tam həqiqətə uyğun olduğunu söyləyib:
“Həmkarım Ramiz Novruzun ANS-də mənim haqqımda tənqidi və həqiqətə uyğun olmayan fikirlər səsləndirdiyini görən kimi dərhal kanala getdim. ANS rəhbərliyindən mənim də canlı yayıma qoşulmağımı tələb etdim və əks tərəf isə bunun mümkünsüz olduğunu bildirdi. Mən səbir edib Ramiz Novruzun verilişdən çıxmağını gözlədim. O verilişdən çıxan kimi mənimlə üzləşdi və mən özüm barədə Ramiz Novruza niyə yalan məlumatlar danışırsan sualını verdim. Əks tərəf isə barəmdə danışdığı ifadələrin düzgün olduğunu söylədi və aramızda dava düşdü”.
Ə.Nur vurğulayıb ki, verilişdə Ramiz Novruzun onun haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirdiyinə görə məhkəməyə müraciət edəcək:
“Ramiz Novruzov mənə şər-böhtan atdığına, xalq qabağında yalan informasiya verdiyinə, bununla belə Rövşanə Bektaşi də verilişə birtərəfli yanaşdığına görə hər ikisini Yasamal rayon Məhkəməsinə verib, onlardan 100 min manat təzminat tələb edəcəm”.
OXŞAR XƏBƏRLƏR