ANS-ə növbəti təzyiq - FOTOLAR

ANS-ə növbəti təzyiq - FOTOLAR
Bütün Xəbərlər
11:00 14.11.2012
1994
Bu gün Bakı Metropoliteninin “Koroğlu” stansiyasının qarşısında əvvəllər burada satıcı işləyən 30-a yaxın şəxs etiraz aksiyası keçirib. 10 ildən artıq keçiddə fəaliyyət göstərən ticarət obyektləri 2011-ci ilin avqustunda əsaslı təmir-bərpa işləri ilə əlaqədar bağlanıb. Ancaq alverçilərə təmirdən sonra yenidən öz köşklərinə qayıdacaqları vədi verilib.2012-ci ilin oktyabrında stansiyanın təmirindən sonra açılması ilə yenidən müraciət edən 67 dükan sahibinə stansiya rəhbərliyi “yox” cavabı verib. İddiaya görə, köşk işlətmək istəyənlərdən yüksək məbləğdə pul tələb olunur.Şikayətlərlə bağlı stansiya rəhbərliyinin mövqeyini öyrənməyə çalışdıq. Elə keçidə düşmüşdük ki, Metropolitenin polis əməkdaşlarının təzyiqi ilə üzləşdik. Hətta, çəkiliş kameramıza əl atmaqdan belə çəkinmədilər.Polis əməkdaşları sonda hər kəsi güc tətbiq etməklə keçiddən çıxardı. Məsələ ilə bağlı Metropolitenin rəisi Tağı Əhmədov mətbuata verdiyi açıqlamada bildirib ki, köşklərin 20 000 manatdan satılması cəfəngiyatdır. Köşklər yalnız metropoliten işçilərinə verilir. Bu da onların vəziyyətini yaxşılaşdırmaq üçün atılan addımdır. Ona görə də köşklərin ayrı adamlara satılması barədə deyilənlər yalandır.
OXŞAR XƏBƏRLƏR