ANS-in bəzi bürolarının bağlanmasına aydınlıq gətirildi

ANS-in bəzi bürolarının bağlanmasına aydınlıq gətirildi
Bütün Xəbərlər
14:47 12.02.2014
695
Mais Məmmədov: "Elə rayonlar var ki, oradan uzun müddət heç bir xəbər gəlmir və onun qalmasının heç bir mənası yoxdur"
“Bəzi bölgələrdə büroların olmasına lüzum yoxdur". Bunu ANS PRESS-ə açıqlamasında ANS-in bəzi bürolarının bağlanması haqqında yayılan informasiyalara aydınlıq gətirən ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri Mais Məmmədov deyib.
Onun sözlərinə görə, bəzi bölgələr bir-biri ilə çox yaxındır: "Avtomobillə 1-2 saatlıq yoldur. Məsələn, Lənkəranla Cəlilabadın arası çox azdır.
Elə rayonlar var ki, oradan uzun müddət heç bir xəbər gəlmir. Onun qalmasının heç bir mənası yoxdur".
Mais Məmmədovun sözlərinə görə, ANS-in Qarabağ, Lənkəran, Quba, Şəki kimi şəhərlərdə bölgə müxbirləri var.
"Bizim Amerika, Rusiya, İngiltərə, Türkiyə, Gürcüstan kimi ölkələrdə bürolarımız var. Gələcəkdə Avropanın bir neçə ölkəsində də büroların sayını artırmaq niyyətindəyik", - deyə Mais Məmmədov bildirib.
OXŞAR XƏBƏRLƏR