Hacıyeva ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Bakıda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, paytaxtın Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Zabrat qəsəbəsində qeydə alınıb.
Polad Orucovun idarə etdiyi “Mercedes” markalı avtomobil yol kənarında olan maneəyə çırpılıb. Nəticədə avtomobildə olan 1990-cı il təvəllüdlü Əlibala Hacıyev və həyat yoldaşı Bahar Hacıyeva ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, P.Orucov ANS telekanalında operator işləyir.