ANS-in əməkdaşları 25 yaşlı Cavid Osmanov və 23 yaşlı Zəhra Rüstəmova münasibətlərini rəsmiləşdirdilər.
ANS PRESS-in məlumatına görə, artıq bir neçə aydır nişanlı olan cütlük iki gün öncə VVAQ şöbəsində qeydiyyata düşüblər. Cavid və Zəhra qanuni ər-arvad olsalar da 29 oktyabrda Cavidin oğlan toyundan sonra birlikdə yaşayacaqlar. Zəhranın qız toyu isə 1 oktyabrda Gəncədə olub. Qeyd edək ki, Cavid Osmanov ANS ÇM-in "DJ Deyəcək", "Mıxlama" və "Nahar Vaxtı " verilişlərinin, Zəhra Rüstəmova isə ANS TV-nin "Ağıl dəryası" verilişinin arapıcılarıdırlar. "Zəhra bundan sonra verilişində Zəhra Rüstəm-Osmanova kimi təqdim olunacaq. Əgər ipoteka ilə ev almağımız həll olunsa, toydan sonra öz evimizə gedəcəyik", deyə Cavid Osmanov qeyd etdi.